"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Şair, dramaturq Kəmalə Ağayevanın anadan olmasının 80 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilib

İyulun 7-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasıda şair, dramaturq Kəmalə Ağayevanın anadan olmasının 80 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilmişdir.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Tədbirin ədəbi hissəsində kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova  şairə Kəmalə Ağayevanın həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Kitabxanaçı Aytən Quliyeva “Naxçıvan torpağının Məhsətisi” adlı mövzu ilə çıxış etmişdir.

Çıxışlarda bildirilmişdir ki, Kəmalə Ağayevanın  arzusu insanların  könlüncə  yazmaq  və  onları bəxtiyar  görməkdir. Bir  də o  davasız – savaşsız  bir  dünya  arzulayır, elə  bir  dünya  ki, orada  atəş  səslərini  oynaq  gülüşlər  əvəz  etsin, elə  bir  dünya  ki, orada  insan insanın  göz  yaşı  deyil, qardaşı olsun.

Kəmalə xanımın nəzərində Vətənini və xalqını böyük bir ürəklə sevmək, onun tərəqqisinə çalışmaq hamının vicdani borcudur. Onun poeziyasını səciyyələndirən xüsusuyyətlərdən biri də cəsarətli, ilhamlı yaradıcılıq ruhunun hakim olmasıdır. O, pyeslərində zamanın, dövrün xüsusiyyətlərini, ətrini, rəngini saxlamışdır. Cəsarət və kövrəklik, həssaslıq və mülayimlik, təmkinlilik və coşğunluq onun yaradıcılığında qəribə bir vəhdət təşkil edir.  Kəmalə xanımın şeirlərini oxuyanda qeyri-ixtiyari onun müəllifinin məhz xanım olduğu açıq-aşkar duyulur. Çünki bu şeirlərin ahəngində elə bir zəriflik, həssaslıq, həzinlik var ki, istər-istəməz bu ipək ovqatlı misraların ürək döyüntüsündə məhz qadın məhəbbətinin, həsrətinin döyüntüləri hiss edilir.

Qeyd edilmişdir ki, Kəmalə Ağayeva hansı mövzuya müraciət edirsə-etsin, o, öz nəfəsi, öz duyğusu, öz deyim tərzi ilə fərqlənib. O, həmişə düşündüyünü deyib, vicdanının hökmünə sadiq olub, ötəri-keçəri vəziyyətlərə uyğunlaşmağa çalışmayıb. Həqiqi yaradıcılıq sevinci, iztirab və axtarışlarla dolu ömür yolu, xalqa və sənətə olan böyük sədaqəti onun həyat amalına çevrilib. Məhz bu xüsusiyyətlər Kəmaləni xalqa sevdirmiş, ona şöhrət qazandırmışdır. Kəmalə yaradıcılığına yaxından bələd olanlar bir fikirlə tam razılaşarlar ki, şairənin  poeziyasında haqq sözün, daxili əqidənin, vicdani yaddaşın xeyir-duası var. Bədii hissədə  zal müdiri Əzizə Süleymanzadə müəllifin “Unudulmaz görüş”,  kitabxanaçı  Zeynab Sadıqova  “Doğma Naxçıvanım” adlı şeirlərini bədii qiraət etmişdirlər.

00085187
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
824
2333
11585
85187

Tarix: 28-07-2017
Biz, sosial şəbəkələrdə: