"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə eksponatlar təqdim olunub

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikasında 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muzeylərdə xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 minə yaxın maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır. Son illərdə muzeylərimizə dövlət qayğısı xüsusilə qeyd edilməlidir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr ­tarixli Sərəncamına əsasən muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivlərinin mütəşəkkil şəkildə muzeyləri ziyarət etmələrindən danışan nazir bildirib ki, bu ilin 6 ayı ərzində 217 mindən çox vətəndaş muzeylərimizi ziyarət edib.

Qeyd edilib ki, muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. 2016-cı ildə muxtar respublika muzeylərinə 1500-dən çox, bu ilin 6 ayı ərzində isə 759 eksponat daxil olub ki, bu eksponatlar da muxtar respublika sakinləri tərəfindən muzeylərə ­könüllü olaraq təqdim edilib. Naxçıvan Dövlət Tarix Muzeyində, Xan sarayında, Xalça Muzeyində, Cəlil Məmmədquluzadənin ev-muzeyində, Babək, Ordubad, Kəngərli, Culfa Rayon Tarix-Diyarşünaslıq muzeylərində bu cür təqdimatlar keçirilib.

Sonra eksponatları muzeyə hədiyyə edənlərdən Şahbuzkənd sakini Nihad Quliyev çıxış edərək deyib ki, maddi-mədəni irsimizin qorunması baxımından bu tədbirlər əhəmiyyətlidir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

00138301
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
414
351
3951
10378
138301

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: