"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

“Gənclər” İnstrumental Ansamblının konserti olub

İyulun 13-də Naxçıvan Dövlət Filarmoniyasının zalında Naxçıvan şəhər Mədəniyyət və Turizm Şöbəsinin Gənclər birliyinin “Gənclər” İnstrumental Ansamblının konserti olub. Konsertin aparıcısı bildirib ki, müasir Azərbaycan cəmiyyətinin böyük bir hissəsini gənclər təşkil edir. Ölkəmizdə gənclərin öz bilik və bacarıqlarını reallaşdıra bilmələri üçün onlara böyük diqqət və qayğı göstərilir. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında da gənclərin hərtərəfli inkişaf etmələri üçün mühüm işlər həyata keçirilmişdir. Qədim diyarımızda gənclərin sağlam və bilikli böyümələri diqqət mərkəzindədir. Gənclərin asudə vaxtının səmərəli təşkili üçün bir sıra infrastruktur sahələri yaradılmış və onların istifadəsinə verilmişdir.

Sonra bədii rəhbəri Cəlil İsmayılov olan ansamblın solistləri Rüstəm İbrahimov, Məhərrəm Quliyev, Bəhruz Quliyev “Şüştər təsnifi”, “Segah” və “Bayatı-Şiraz” kompozisiyalarını ifa etmişlər. Qədim muğam sənətimizin zənginliyini və rəngarəngliyini göstərən ifalar alqışlarla qarşılanmışdır.

Ahim Güləliyevin kamançada ifa etdiyi bəstəkar Eldar Mansurovun “Bayatılar” nəğməsi və Cabir Vəliyevin udda səsləndirdiyi “Əsən yellər” xalq mahnısı da konsert iştirakçılarında xoş ovqat yaratmışdır.

 

00108449
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
36
442
877
7081
108449

Tarix: 20-09-2017
Biz, sosial şəbəkələrdə: