"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

“Xəcalət” tamaşası Kəngərli rayonunda göstərilib

Dünən Kəngərli Rayon Mədəniyyət Evinin səhnəsində Babək Rayon Xalq Teatrı tanınmış yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” tamaşasını göstərib.

Babək Rayon Xalq Teatrının hazırladığı son əsərlərdən olan ikihissəli “Xəcalət” dramı Qarabağ hadisələri ilə bağlı olduğu üçün bu günümüzlə səsləşir və maraq doğurur. Tamaşada uşaqlıqları bir yerdə keçmiş Murad (Akif Əsədov) vəVətənin (İsmayıl Qurbanov) Qarabağ müharibəsindən qayıtdıqdan sonra tale yollarının ayrılmasından bəhs edilir. Muradı Qarabağ müharibəsindən qayıtdıqdan sonra əldə etdiyi var-dövlət dəyişdirib. İndi onu daha da varlanmaq düşündürür. Vətən isə ehtiyac içərisində olsa da yenə də işğal olmuş torpaqlarımızın həsrətini çəkir. Tamaşada Vətən və Muradın fərqli dünyası ön plana çəkilmişdir. 

Vətənin arvadı Fərqanənin onu uşaqlıq dostu, döyüş yoldaşı, indi yaşamağın çəmini tapmış Muradın yanına getməyə təhrik etməsi nəhayət ki, əsas dramaturji hadisəyə keçid edir.

“Xəcalət” tamaşasındakı Fərqanə (Stella Babayeva), Kürən (Ələkbər İsmayılov), Kərim (Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli) müxtəlif xarakterli insan obrazı və personajları kimi yadda qalırlar.

“Xəcalət” tamaşasının quruluşçu rejissoru Yusif Əliyev, tərtibatçı rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli, musiqi tərtibatçısı Cabir Məmmədovdur.

Bu günümüzlə səsləşən, torpaq azadlığı mövzusunu ön plana çəkən “Xəcalət” tamaşası maraqla qarşılanmışdır. Qeyd edək ki, ötən ay keçirilən xalq teatrlarının muxtar respublika festivalında “Xəcalət” tamaşası “Ən aktual mövzulu” tamaşa nominasiyasının diplomuna layiq görülmüşdür.

00085187
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
824
2333
11585
85187

Tarix: 28-07-2017
Biz, sosial şəbəkələrdə: