"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Mədəniyyət və Turizm Nazirliyində cari ilin birinci yarısının yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində keçirilən kollegiya iclasında nazir Natəvan Qədimova məruzə ilə çıxış edib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamının icrası ilə bağlı ötən dövr ərzində Kəngərli, Şərur, Sədərək, Ordubad rayonlarında və Naxçıvan şəhərində olmaqla, 5 “Xalq yaradıcılığı günü” keçirilib. Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin musiqi kollektivlərinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” və “Göycə” festivallarındakı konsert proqramları maraqla qarşılanıb.

Diqqətə çatdırılıb ki, “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən muxtar respublikanın uşaq incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin rəsm müsabiqəsi” və bu münasibətlə təşkil olunan digər müsabiqənin qaliblərinin yekun konserti keçirilib. 

Bildirilib ki, hesabat dövründə muzeylərin fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulmasına diqqət artırılıb. Muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi sahəsində bir sıra işlər görülüb. Ötən dövr ərzində nazirliyin sistemində olan muzeylərə, ümumilikdə, 759 ədəd yeni eksponat daxil olub.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılıb, ümumilikdə, 231 tədbir keçirilib. 

“Bəhs olunan dövrdə konsert-tamaşa müəssisələri də bir sıra işlər görüblər”, – deyən nazir bildirib ki, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında və Naxçıvan Dövlət Uşaq Teatrında bir sıra tamaşalar hazırlanıb. 

Hesabat dövründə muxtar respublikanın turizm potensialının öyrənilməsi və təbliği diqqət mərkəzində saxlanılıb. Bakı şəhərində keçirilən “XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi”ndə Naxçıvan Muxtar Respublikası stendlə təmsil olunub.

Bu dövr ərzində nazirliyin təşkilatçılığı ilə keçirilmiş tədbirlər Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet saytının xəbər bölümünə və mərkəzin sosial şəbəkələrdəki səhifələrinə yerləşdirilib. 

Sonra Məruzə ətrafında, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov, Naxçıvan Turizm-İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova, Naxçıvan Musiqi Kollecinin direktoru Günay Əliyeva, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Təranə Cəfərova çıxış ediblər.

Sonda kollegiya iclasına Mədəniyyət və Turizm Naziri Natəvan Qədimova yekun vurub.

00149680
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
81
333
1763
6387
149680

Tarix: 15-12-2017
Biz, sosial şəbəkələrdə: