"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edilib

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edilibDünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 1 avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Aygün Hüseyn­ova bildirmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi və inkişafı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsas amili kimi daim diqqət mərkəzində saxlamışdır. Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dilinin dövlət dili olması öz əksini tapmışdır. 

Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova “Mənim varlığım öz ana dilim”, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Kəmaləddin Axund­ov “Dilə münasibət vətən sevgisidir” mövzularında çıxış etmişlər. 

Tədbirin sonunda ana dilimizə həsr olunmuş sərgiyə baxış olmuşdur.

 

00122951
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
333
502
2609
9152
122951

Tarix: 21-10-2017
Biz, sosial şəbəkələrdə: