"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Culfa rayonunda “Yarımçıq xatirələr” adlı film nümayiş olunub

Avqustun 8-də Culfa Rayon Mədəniyyət Evində Naxçıvan Dövlət Film Fondu və Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə Elxan Cəfərovun “Yarımçıq xatirələr” adlı filmi nümayiş etdirilmişdir.

Qeyd edilmişdir ki, film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmişdir. Filmin çəkilişləri isə Belarus Respublikasının Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılmışdır. 

Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.[3][4][5] Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır.

Uğurlu kino əsəri olan “Yarımçıq xatirələr” filmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

00149679
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
80
333
1762
6386
149679

Tarix: 15-12-2017
Biz, sosial şəbəkələrdə: