"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Yol hərəkəti qaydaları ilə bağlı tədbir keçirilib

Avqustun 9-da Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi və 10 nömrəli uşaq bağçasının təşkilatçılığı ilə yol hərəkəti qaydaları ilə bağlı “Göy işıq ver yolu aç...” başlıqlı tədbir keçirilmişdir. Naxçıvan şəhərindəki 10 nömrəli uşaq bağçasının yaxınlığında keçirilən tədbirdə bağça uşaqları, müəllimlər və valideynlər iştirak edib. Tədbirin iştirakçıları əllərində yol keçid qaydalarını bildirən nişanlar tutmuşdular.

Tədbiri giriş sözü ilə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Kəmaləddin Axundov açaraq belə tədbirlərin keçirilməsinin məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirilib ki, məqsəd uşaqların diqqətini yolda təhlükəsizlik qaydalarına yönəltmək, yol keçidi qaydaları haqqında onları məlumatlandırmaqdır. Balacalar bu qaydaları bilməklə, həm də öz həmyaşıdlarına bu qaydaları izah edə bilərlər.

Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Hüseyn Məmmədli çıxış edərək ölkəmizdə tətbiq olunan yol nişanları, onların müxtəlif qruplara bölündüyü haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Vurğulanıb ki, ölkəmizdə hazırda müxtəlif xəbərdarlıq nişanlarından istifadə olunur ki, onlar da özünəməxsus əlamətləri, yəni forma və rəngləri ilə seçilir. Xəbərdarlıq nişanları hərəkət iştirakçılarını yol sahəsi haqqında əvvəlcədən məlumatlandırmağa xidmət edir. Bu qaydalar ölkəmizdə “Yol hərəkəti haqqında” Qanunda da öz əksini tapmışdır. Yol hərəkəti qaydalarına əməl etmək üçün bu nişanların mənasını bilmək, həmin nişanlara uyğun yol keçidlərindən keçmək lazımdır. Sürücülərlə bərabər, piyadaların da yol hərəkəti qaydalarına, eyni zamanda xəbərdarlıq nişanlarına əməl etməsi vacibdir və bu qanunda da öz əksini tapıb. Qanuna əməl olunarsa təhlükəli hadisələr və qəzalar minimuma endirilər. Ona görə də hamı bu qanunlara əməl etməlidir ki, insanlarımızın sağlamlığı və həyatı qorunsun. Bu qaydaları uşaqlara izah etmək də çox vacib məsələlərdəndir.

Valideynlər adından Aybəniz Bayramova çıxış edərək belə tədbirlərin uşaqların yol hərəkətini bilmələrinə kömək etdiyini bildirmiş və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Sonra kitabxana əməkdaşları, yol polisləri yol nişanlarını göstərməklə valideyn və müəllimlərlə birlikdə uşaqlara yol hərəkəti qaydalarını, piyadaların düzgün hərəkəti üçün tələb olunan normaları əyani şəkildə göstərdilər.

Tədbirin maarifləndirici hissəsindən sonra uşaqlar bu mövzuda şeirlər söylədilər və onlara verilən sualları cavablandırdılar. Tədbirdə sualları cavablandıranlar və fərqlənən uşaqlara hədiyyələr təqdim edildi. 

00095800
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
48
430
2785
8859
95800

Tarix: 20-08-2017
Biz, sosial şəbəkələrdə: