"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Uşaqlar kitabxananın xidmətlərindən bəhrələnirlər

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən yay mövsümündə dərslərindən geri qalan 30 şagird üçün “Yay oxu zalı” təşkil edilib. I-IV sinif şagirdləri üçün nəzərdə tutulan tədbirlərə iyul ayının 1-dən start verilib və şagirdlərin mütəmadi olaraq iştirakı təmin olunub. Şagirdlər həftədə iki dəfə olmaqla, “Yay oxu zalı”nda iştirak ediblər. Tədbir avqust ayının 25-də yekunlaşacaq. Bu müddət ərzində müəllimlər tərəfindən 100 ədəd dərslikdən istifadə etməklə biliklərin sirləri öyrədilib. Dərslər, əsasən, təcrübəli kitabxanaçılar tərəfindən tədris olunub. Yalnız ingilis dili və riyaziyyat fənlərini Heydər Əliyev adına və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəblərin müəllimləri tədris ediblər. Bu tədbirin təşkili həmin şagirdlərin valideynləri tərəfindən də minnətdarlıqla qarşılanıb.

Bundan başqa, kitabxananın kollektivi yay mövsümündə Naxçıvan şəhərindəki Heydər Əliyev prospektində, “Çənlibel”, “Qoçüstü” məhəllələrində, Təbriz, “İstiqlal”, Cəlil Məmmədquluzadə, Nizami küçələrindəki binaların həyətlərində və “Böyük bağ” massivində, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında 11 dəfə yeni kitabların sərgisini, mütaliə günlərini təşkil edib. Bu tədbirlərdə min nəfərə yaxın ­məktəbli iştirak edib, onlardan ­ 200 nəfəri kitabxananın daimi oxucuları sırasına qəbul edilib. 

Kitabxana əməkdaşları belə oxuculardan olan 19 nəfər fiziki qüsurlu uşağı da unutmayıblar. Belə ki, əməkdaşlar həmin uşaqların evlərində olaraq onlara yeni ədəbiyyatlar və şəkilli jurnallar ­veriblər. 

Yay fəslində keçirilən tədbirlərdən biri də Naxçıvan şəhər 10 nömrəli uşaq bağçası və Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ilə birgə təşkil edilən “Yaşıl işıq ver, yolu aç” mövzusunda aksiya olub. Uşaqlara yol nişanları, yol hərəkəti qaydaları haqqında məlumat verilib. 

Ümumiyyətlə, Naxçıvan şəhərindəki uşaq bağçalarında 15 dəfə “Nağıl günü” təşkil edilib. Burada Azərbaycan xalq nağılları qiraət edilib və cizgi filmləri göstərilib, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının və Naxçıvan Dövlət Uşaq Teatrının kollektivləri maraqlı tamaşalarla uşaqlar qarşısında çıxışlar ediblər.

 

 Səbuhi HÜSEYNOV

"Şərq qapısı"

00108448
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
35
442
876
7080
108448

Tarix: 20-09-2017
Biz, sosial şəbəkələrdə: