"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Oxunması zəruri olan kitablar haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri sərəncam imzalayıb

Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Oxunması zəruri olan kitablar haqqında” sərəncam imzalayıb. Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılsın.

3. Ali Məclisin Aparatı oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsi işini diqqətdə saxlasın”.

Qeyd edək ki, həmin sərəncamla oxunması zəruri olan kitabların siyahısı da təsdiq edilib:

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

2. “Kitabi-Dədə Qorqud” dastanı

3. “Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)

4. Nizami Gəncəvi. “Sirlər xəzinəsi”. Poema

5. “Nizaminin hikmət və nəsihətləri”

6. Nəsirəddin Tusi. “Əxlaqi-Nasiri”

7. Məhəmməd Tağı Sidqi. “Məktəb hekayələri”

8. Hüseyn Cavid. “Azər”. Poema

9. Cəlil Məmmədquluzadə. “Hekayələr”

10. Məmməd Səid Ordubadi. “Qılınc və qələm”. Roman

11. Qurban Səid. “Əli və Nino”. Roman

12. Məmmədhüseyn Şəhriyar. “Heydərbabaya salam”. Poema 

13. “Təmsillər” (uşaq ədəbiyyatı)

14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu

15. Faruk Sumer. “Oğuzlar”

16. Rəşidəddin Fəzlullah. “Oğuznamə”

17. Yusif Balasaqunlu. “Qutatqu bilik”

18. Teodor Drayzer. “Dahi”. Roman

19. Cek London. “Həyat eşqi”. Hekayə

20. Ernest Heminquey. “Qoca və dəniz”. Povest

21. Nikolo Makiavelli. “Hökmdar”

22. Gi de Mopassan. “Gombul”

23. Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”

24. Nikolay Ostrovski. “Polad necə bərkidi”. Bioqrafik roman

25. Moris Meterlink. “Arıların həyatı” və “Göy Quş” əsərləri

26. “Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları)

27. Seyid Əzim Şirvani. “Seçilmiş əsərləri”. (Təmsillər)

28. “İslamda müdrik kəlamlar”

29. Sədi Şirazi. “Gülüstan”

30. Eynəli bəy Sultanov. “Məqalələr”

00138303
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
416
351
3953
10380
138303

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: