"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Əməkdar mədəniyyət işçisi Akif Hacıyevlə görüş keçirilib

Naxçıvan Dövlət Xalça Muzeyində muzey fondlarının zənginləşdirilməsində səmərəli fəaliyyəti ilə seçilən Əməkdar mədəniyyət işçisi Akif Hacıyevlə görüş keçirilib.

Qeyd edək ki, Akif Hacıyev Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyində 35 ilə yaxındır çalışır. O, topladığı 200-dən çox eksponatı muxtar respublikanın muzeylərinə hədiyyə edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova bildirib ki, bu gün qədim diyarımızda sakinlər tərəfindən tari­xi­mizlə bağlı əşyaların muzeylərə təqdim edilməsi ənənəsi yaranıb. Eksponatların təqdim edilməsi nəticəsində muzeylərimiz zənginləşir, eyni zamanda bu günə qədər gəlib çatmış qədim əşyalar muzeylərimizdə etibarlı şəkildə qorunur və nümayiş etdirilir.  Ötən bir ildə muzeylərimizə 2 mindən artıq eksponat təqdim edilib.

Akif Hacıyev çıxış edərək bildirib ki, hər bir vətəndaş mədəni irsimizin qorunub yaşadılması və təbliğində fəal iştirak etməlidir. Bütün bunlar isə mədəni irsimizin etibarlı qorunmasına xidmət edir.

Sonra nazir Natəvan Qədimova Akif Hacıyevə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını və qiymətli hədiyyəni təqdim edib.  

Sonda Xalça muzeyinin ekspozisiyasına baxış olub.

00108448
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
35
442
876
7080
108448

Tarix: 20-09-2017
Biz, sosial şəbəkələrdə: