"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində payız-qış mövsümünə hazırlıq müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Müşavirədə mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək qeyd edib ki,  Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərindən 21-i müstəqil qazanxana sistemi, 2-si ümumiləşdirilmiş istilik sistemi, 4-ü isə dizel yanacağı ilə, konsert-tamaşa və digər əsas müəssisələrdən 2-i qazanxana sistemi, 8-i isə ümumiləşdirilmiş qaydada qızdırılacaqdır. Bildirilib ki, cari ildə nazirliyin tabeliyində olan müəssisələrin ehtiyacı üçün 40 min litr dizel yanacağı, 77 kvadratmetr şüşə, 91 ədəd şifer, 600 kiloqram maye qaz, 595 metr polietilen, 47 ədəd neft sobası, 188 ədəd boru və 94 ədəd dirsək alınacaqdır.

Müşavirədə Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Pərvin Həsənov, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru Rza Xudiyev, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova və başqaları payız-qış mövsümünə hazırlıqla bağlı məlumat veriblər.

Müşavirəyə mədəniyyət və turizm naziri Natəvan Qədimova yekun vurub.

00138303
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
416
351
3953
10380
138303

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: