"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Şahbuz rayonunun Nursu kəndindəki Məmməd Arazın Ev Muzeyində muzey bələdçiləri üçün növbəti seminar-treninq keçirilib

Muxtar respublikamızın muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir Şahbuz rayonunun Nursu kəndindəki Məmməd Arazın Ev Muzeyində keçirilib.   

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə Nazirliyin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, ötən ildən başlayaraq keçirilən muzey-treninqlər əhəmiyyətli olub. Ötən il muxtar respublikanın muzey şəbəkələri üçün 11 belə tədbir təşkil olunub. Muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsində əsas məqsəd muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir.

Keçirilən seminar-treninqlər muzey bələdçiləri üçün faydalı olub, muzey bələdçiləri vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat alıblar. Eyni zamanda seminar-treninqlər muzey işçilərinin qədim diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmasına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Seminar-treninqlər muxtar respublikanın müxtəlif bölgələrindəki muzeylərdə də keçirilir ki, bu da onların muzeylərimizin təcrübələri ilə bölüşməsinə şərait yaradır.Seminar-treninqlərdə muzey bələdçilərinə bu sahədə həyata keçirilən yeniliklərdən də söhbət açılır, onların sualları cavablandırılır. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muzeylər haqqında imzaladığı sərəncamlar bu sahəyə göstərilən diqqət və qayğının ifadəsidir. Bu sərəncamlar muzeylərə marağın artmasında, muzeylərin fəaliyyətinin düzgün qurulmasında əhəmiyyətli rol oynamışdır.

Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Görülən işlər muzey işçiləri qarşısında da mühüm vəzifələr qoyur. Bu gün muzeylərimizdə hazırlıqlı, bilikli, xarici dilləri bilən, işlədiyi mədəniyyət ocağı haqqında ətraflı məlumata malik bələdçilərin olması çox vacibdir.

Diqqətə çatdırılıb ki, muzey bələdçiləri müxtəlif səviyyəli insanlarla, məktəbli və tələbələrlə, yaşlı nəsillə işləməyi bacarmalı, nəzakət və davranış qaydaları, geyim tərzi, intellektual dünyagörüşü ilə muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdırlar. Muzey bələdçiləri hər bir vətəndaşa qarşı diqqət göstərməli, muzey işi və muxtar respublikada gedən yeniliklərdən xəbərdar olmalı, onların suallarını diqqətlə dinləyib elmi əsaslarla cavablandırmalıdırlar. Bu gün muxtar respublikamıza gələn turistlərə qədim diyarımız haqqında ətraflı məlumat vermək üçün muzey bələdçisi daim öz üzərində çalışmalı, tariximizi və mədəniyyətimizi dərindən bilməlidir. 2017-ci ilin birinci yarımilindəmuzeylərimizdə 217 mindən çox tamaşaçı olmuşdur ki, bununda 45 minə yaxını xarici ölkə vətəndaşı olmuşdur. Ötən yarımildə muzeyimizə 800-ə yaxın eksponat daxil olmuşdur. Muzey fondlarının zənginləşdirilməsi də bu sahədə çalışan insanları düşündürməlidir. Vətəndaşlar tərəfindən muzeylərimizə təqdim edilən eksponatlar bu sahədə müəyyən müsbət nəticələrin olduğunu göstərir. Vurğulanıb ki, muzeylərdə seminar-treninqlər ilin sonunadək davam etdiriləcəkdir.

Həmin gün Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində də  seminar-treninq keçirilib. Hər iki muzeydə muzey bələdçisinin təqdimatında ekspozisiyalara baxış olub.

Sonda ekskursiya mətni müzakirə edilib, muzey bələdçilərinə metodik tövsiyələr verilib.

00149679
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
80
333
1762
6386
149679

Tarix: 15-12-2017
Biz, sosial şəbəkələrdə: