"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Şahbuzda xalq yaradıcılığı günü keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Şahbuz rayonunda xalq yaradıcılığı günü keçirilib.

Tədbirdə çıxış edən Şahbuz rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Mübariz  Əliyev və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi  Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov xalq yaradıcılığı nümunələrinin öyrənilməsi, qədim sənət sahələrinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıblar.

Tədbirdə  rayon mədəniyyət evinin, Yuxarı Qışlaq, Badamlı, Kolanı, Keçili  kənd mədəniyyət evlərinin, Kiçik oba kənd klubunun kollektivlərinin  ifalarında xalq mahnıları, aşıq  havası, “Fincan-fincan”, “Çöpüdü”, “Hodu-hodu”xalq oyunları, “Üç ayaq, “El yallısı”, “Tənzərə”, “Tello” yallısı,  nağarada, qara zurnada, balabanda  musiqi nömrələri, milli adət-ənənələrimiz, xalq yaradıcılığı nümunələri  tamaşaçılara təqdim edilib.

00239196
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
53
515
1866
9569
239196

Tarix: 22-06-2018
Biz, sosial şəbəkələrdə: