"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

“Heydərbabaya salam” poeması müzakirə edilib

Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin 2 nömrəli Təqaüdçülər Klubunda Azərbaycan poezi­yasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poema­sının müzakirəsi keçirilib. 

Tədbiri Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixdə imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamın əhəmiyyətindən danışıb. O, “Heydərbabaya salam” poemasının da daxil olduğu oxunması zəruri olan kitabların müzakirələrinin keçirilməsinin vacibliyini vurğulayıb. Kitabxana direktoru Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığının tədqiqinin və təbliğinin əhəmiyyətindən danışıb, onun nəinki XX əsr Azərbaycan və Yaxın Şərq poeziyasının, bütövlükdə, dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olduğunu vurğulayıb.

Tədbirdə təqaüdçü Ələsgər Nehrəmli, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının böyük kitabxanaçısı Nuriyyə Cəfər­ova, kitabxanaçı-biblioqraf Nuray Paşayeva çıxış ediblər. Çıxışlarda bildirilib ki, Şəhriyar yaradıcılığı təkrarsız və həmişəyaşar ədəbi məktəb sayılır. Buna görə də ədəbi tənqid Şəhriyar irsinə geniş yer verib. Xüsusilə də məşhur “Heydərbabaya salam” poeması haqqında yazılan elmi-tədqiqat işləri, ithaflar, xatirələr, publisistik məqalələr ustadın ədəbi mühitdə nüfuzunu göstərən faktlardır.

Qeyd olunub ki, “Heydərbabaya salam” poemasında şair kənd həyatını, onun füsunkar təbiətini, sadə, əməksevər insanlarını, xalqın milli adət və ənənələrini, yaşam tərzini, məişətini yüksək poetik dillə əks etdirib. XX əsrdə Azərbaycan ədəbiyyatı mövzu və ideyaca yeni mərhələyə qədəm qoyduğundan şair və yazıçıların yaradıcılığında milli yaddaşa, mənəvi dəyərlərə geniş yer verilirdi. Milli və mənəvi dəyərlərin poetik dillə tərənnümü və müqəddəs ənənələrimizi özündə ehtiva edən “Heydərbabaya salam” əsəri Şəhriyarı nəinki Azərbaycanda, eyni zamanda dünyada tanıdıb.

Müzakirəyə Aytəkin Qəhrəmanova yekun vurub.

00149679
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
80
333
1762
6386
149679

Tarix: 15-12-2017
Biz, sosial şəbəkələrdə: