"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Heydər Əliyev Muzeyində açıq dərs keçilib

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda açıq dərs keçilib. Tədbirdə muzeyin bələdçisi Hafizə Seyidzadə məruzə edib.

Bildirilib ki, ölkəmizə rəhbərliyinin hər iki dövründə dahi şəxsiyyətin Vətənimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycanın müstəqilliyini təmin etməklə bərabər, həm də onun müasir inkişafını şərtləndirib.

Qeyd olunub ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Azərbaycanın müstəqilliyinin əldə edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi baxımından çox mühüm bir mərhələ təşkil edir. Məhz həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində dövlət rəmz­lərimiz haqqında qərar qəbul edilib, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılıb, muxtar respublikanın təhlükəsizliyinin təmin olunması üçün mühüm addımlar atılıb. Eyni zamanda qonşu Türkiyə və İranla ikitərəfli əlaqələrin təməli qoyulub.

Vurğulanıb ki, xalqın tələbi, ­ölkədə yaranmış böhranlı şərait, ­­­o vaxtlar hakimiyyətdə olanların siyasi savadsızlığı və səriştəsizliyi üzündən yaranmış hakimiyyətsizlik, xaos, torpaqlarımızın bir hissəsinin işğal olunması, ölkəmizin müstəqilliyi üçün yaranmış real təhlükə 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtmasını zəruri edib. Beləliklə, 15 İyun xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara söykənən müstəqil dövlət quruculuğu prosesinə start verilib. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsində 1994-cü ilin mayında Azərbaycan Ordusunun əks-hücumundan qorxuya düşən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur olub, ölkəmizin milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılmasına başlanılıb. Eyni zamanda həmin ilin sentyabrında müstəqil Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan “Əsrin müqaviləsi” imzalanıb. Bundan sonra tarix üçün çox qısa bir dövrdə Azərbaycan sürətlə inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlar qazanılır. Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, şəhər, qəsəbə və kəndlər yenidən qurulur. Ötən dövr ərzində muxtar respublikanın müdafiə qabiliyyəti gücləndirilib, makroiqtisadi sabitlik bərqərar olunub, iqtisadi inkişafa təkan verilib, əhalinin yaşayış səviyyəsi yaxşılaşdırılıb. Bütün bunlar ulu ­öndər Heydər Əliyev yoluna sədaqətin və Milli Qurtuluşdan başlanan intibahın bəhrələridir.

Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.

00122952
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
334
502
2610
9153
122952

Tarix: 21-10-2017
Biz, sosial şəbəkələrdə: