"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Gənc rəssamların sərgisi təşkil edilib

Gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq potensiallarının artırılması və gələcəkdə bu sahədə səmərəli fəaliyyətlərini təmin etmək məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir, müsabiqələr, baxışlar və sərgilər təşkil edilir.

Oktyabrın 9-da Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin və şöbənin Gənclər Birliyinin təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Evində Milax kənd mədəniyyət evinin dərnək üzvü Həsənova Güllünün və Gülüstan mədəniyyət evinin dərnək üzvü Zeynallı Gülayın rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir.

Sərgidə çıxış edən Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Pərvin Həsənov bildirmişdir ki, uşaqlar cəmiyyətin aynasıdır. Bu gün onlara necə tərbiyə verilsə, ətraflarını necə dərk etsələr gələcəkdə də o düşüncə ilə cəmiyyətin bir üzvü olacaqlar. Deməli cəmiyyət də onların düşüncə tərzlərinə görə formalaşacaq. Uşaq və yeniyetmələrin cəmiyyətin layiqli bir fərdi kimi böyüməsi isə onlara göstərilən diqqət və qayğıdan çox asılıdır. Böyüməkdə olan uşaq və yeniyetmələrin mədəni tələbatlarının günü-gündən artması və hər biri üçün fərqli olması isə qəbul edilməlidir. Dövlətimiz tərəfindən aparılan siyasət nəticəsində indi uşaq və yeniyetmələr gələcəyin layiqli vətəndaşı kimi böyüyürlər.

Tədbirin gedişində hər iki gənc rəssama şöbənin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim edilmişdir.

Sonda gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış olmuşdur.

00122952
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
334
502
2610
9153
122952

Tarix: 21-10-2017
Biz, sosial şəbəkələrdə: