"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Acarıstanlı uşaqlar şəhərimizin gəzməli-görməli yerlərində olublar

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı ikitərəfli əlaqələr 2012-ci ildən başlayaraq həyata keçirilən qarşılıqlı rəsmi səfərlər nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Həmin ildən etibarən müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq əlaqələri genişlənib. Hər il Acarıstan Muxtar Respublikasının aztəminatlı ailələrindən olan və tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən uşaqların Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicəsinin təşkili də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. 

Xəbər verdiyimiz kimi, acarıstanlı aztəminatlı ailələrdən olan, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən uşaqlar sentyabr ayının 28-dən etibarən Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçiblər.

Dünən acarıstanlı uşaqlar və onların valideynlərindən ibarət qrup Naxçıvan şəhərinin bir sıra mədəniyyət, idman obyektlərini gəzib, görməli yerləri haqqında ətraflı məlumat alıblar.

00148098
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
181
338
3738
4805
148098

Tarix: 11-12-2017
Biz, sosial şəbəkələrdə: