"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

"Müstəqilliyimiz əbədidir" adlı konfrans keçirilib

Oktyabrın 17-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü"nə həsr edilmiş "Müstəqilliyimiz əbədidir" adlı konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. İnformasiya-resurs şöbəsinin müdiri Güləsər Məbudova "Müstəqilliyimiz əbədidir" adlı məruzə ilə çıxış etmişdir. Zal müdiri Vəsilə Cəfərova "Müstəqillik tarixində Heydər Əliyev şəxsiyyəti", proqramçı Aytən Məmmədova "18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür" adlı mövzularla çıxış etmişdirlər.

Məruzə və çıxışlarda bildirilmişdir ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Qeyd edilmişdir ki, azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Tədbirin sonunda slayd nümayiş etdirilmiş və "Müstəqilliyimiz əbədidir" adlı sərgiyə baxış keçirilmişdir.

00138301
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
414
351
3951
10378
138301

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: