"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanada elmi konfrans keçirilib

Oktyabrın 18-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası birlikdə Türk-islam ədəbiyyatının ilk  bədii əsəri olan Yusif Balasaqunlunun "Qutadğu Bilig" əsəri ilə bağlı elmi konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Əbülfəz Quliyev açmış və "Qutadğu bilig" poeması və onun türk dili və ədəbiyyatı tarixində yeri" adlı mövzu ilə çıxış etmişdir.M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova "Qutadğu bilig" həyat fəlsəfəsi sistemidir", AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov "Qutadğu bilig" və ədəbi ənənələr" adlı mövzularla çıxış etmişdirlər.

Çıxışlarda bildirilmişdir ki, türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan "Qutadğu bilig" ədəbiyyat tariximizdə xüsusi yer tutur. Bu əsər vaxt etibarı ilə türk dilində yazılmış, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış bu gün bizə məlum olan ilk poemadır. Poemanın adını "Səadət gətirən elm", "Bəxtiyarlıq sənəti", "Xoşbəxtliyə aparan elm" kimi çevirmək olar. "Qut" səadət, xoşbəxtlik deməkdir. Mütəxəssislərin fikrincə "Qutadğu biliy"in dili türk dillərinin cənub-qərb qrupuna, yəni Oğuz qrupuna yaxındır. Qeyd edilmişdir ki, əsərin yazıldığı dövrdə Qaraxanlı dövlətində , əvvəlcə Uyğur əlifbasından istifadə edilirdi.

Sonra isə dövlətin rəsmi yazışmalarında və ədəbi mühitdə ərəb dilindən istifadə edilməyə başlandı. "Qutadğu bilig" əslində xaqanlar, şahlar, hökmdarlar, dövləti idarə edənlərin kitabıdır. Çünki bu kitabın əsasında adil və ağıllı hökmdar ideyası dayanır. İstər bizə qədər gəlib çatan ən qədim şifahi xalq ədəbiyyatında , istərsə də  ilk  qədim yazılı abidələrimizdə adil və ağıllı hökmdar ideyası daim diqqət mərkəzində olub. Bildirilmişdir ki, əsər hər hansı bir təsadüf nəticəsində meydana çıxa bilməzdi. Əsərin hansı səbəblə yazılmasından asılı olmayaraq, o, həqiqətən də, çox qiymətli bir əsər kimi tarixdə qalıb. Günümüzdə aktuallığını itirməyən ağıllı hökmdar ideyası, sadəcə olaraq müəllifin geniş dünyagörüşünə  və təfəkkürə malik olduğunu bir daha göstərir. Əsərin "Bəyliyə layiq bir bəyin necə olması gərəkliyini söylər" adlı bölməsində  dövlətin idarə olunması ilə bağlı olduqca ibrətamiz məsləhətlər verilmişdir.

Kitabxananın direktoru Aytəkin Qəhrəmanova tədbirin sonunda bildirmişdir ki, Azərbaycanın azadlıq və müstəqilliyini köklü şəkildə dərk etmək üçün ədəbi və tarixi qaynaqlarımızın oxunması, şərh edilməsi, tədris və təbliği çox vacibdir. 

00138301
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
414
351
3951
10378
138301

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: