"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

"Müstəqilliyimiz əbədidir" mövzusunda mühazirə keçirilib

Adil Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının təkilatçılığı ilə  oktyabrın 17-də Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Naxçıvan şəhəri 16 nömrəli tam orta məktəbində "Müstəqilliyimiz əbədidir" mövzusunda mühazirə təşkil edilmişdir.

Mühazirədə məktəbin IX-X sinif şagirdləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Məlahət Rüstəmova açaraq tarixi günün əhəmiyyətindən danışıb. Bildirilib ki, 18 oktyabr çağdaş Azərbaycan tarixinin önəmli hissəsi və Azərbaycan dövlətinin yaranması günüdür. Hər bir dövlətin müstəqillik tarixi onun şərəf və qürur mənbəyidir. Bu tarixi günün yeni yetişən gənclikdə milli vətənpərvərlik hisslərinin oyadılması və gənc nəslin vətənpərvərlik ruhunda böyüməsindəki rolu müqayisəolunmazdır. 

Sonra kitabxananın əməkdaşı Könül Məmmədova "Müstəqilliyimiz əbədidir" mövzusunda məruzə etmiş və mövzu ətrafında genış müzakirələr aparılmışdır.

Sonda məktəb kitabxanasında əlamətdar günə həsr olunmuş sərgiyə baxış keçirilmişdir.

00138301
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
414
351
3951
10378
138301

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: