"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Estrada Orkestrinin konserti olub

naxçıvan estrada orkestrinin konserti ile ilgili görsel sonucuSon illər muxtar respublikada mədəniyyətin, incəsənətin inkişafı istiqamətində mühüm işlər görülüb. Görülən işlər sırasında yeni musiqi kollektivlərinin yaradılmasını da göstərmək olar. Çoxsaylı folklor kollektivləri, Naxçıvan Dövlət Filarmoniyasının Kamera və Estrada orkestrləri, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Aşıqlar Birliyi və digər yaradıcı kollektivlər bunun bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılması haqqında” 10 yanvar 2012-ci il tarixli Sərəncamı musiqi mədəniyyətimizin inkişafı və təbliği baxımından böyük əhəmiyyət daşıyır. Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri muxtar respublikada istedadlı gənclərin yaradıcılıq potensialına əsaslanaraq qısa vaxt ərzində təşkil olunub və öz uğurlu konsertləri ilə tamaşaçı rəğbəti qazanıb. Bu musiqi kollektivinin fəaliyyəti üçün lazımi şərait yaradılıb, orkestrin musiqiçiləri və solistləri üçün geyim dəstləri və musiqi alətləri alınaraq kollektivin istifadəsinə verilib. Bütün bunların nəticəsidir ki, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri muxtar respublikanın mədəni həyatında fəal iştirak edir, repertuar zənginliyinə diqqət yetirməklə ictimaiyyət qarşısında uğurlu konsert proqramları ilə çıxışlar edir.

İndiyədək keçirilən bir çox dövlət və bayram tədbirlərində də iştirak edən Estrada Orkestrinin kollektivi zaman keçdikcə dövlət qayğısını daha çox hiss edir. Yaradıcı gənclərin kollektivə cəlb edilməsi, repertuar yeniliyi, ifa səviyyəsinin yüksəldilməsi kollektiv qarşısında duran əsas məsələlərdəndir. Azərbaycan bəstəkarları ilə bərabər, xarici ölkə bəstəkarlarının da əsərlərini yüksək peşəkarlıqla ifa edən Estrada Orkestrinin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Məmmədovdur. Orkestr kollektivinin ifasında xalq mahnıları da məharətlə səsləndirilir. Bu il orkestr Azərbaycan və dünya bəstəkarlarının musiqilərindən, eləcə də xalq mahnılarından ibarət zəngin repertuarı ilə bir neçə yüksək səviyyəli tədbirlərdə çıxışlar edib. Bunun nəticəsidir ki, Estrada Orkestri özünün peşəkar ifa tərzi və repertuarının rəngarəngliyi ilə ictimaiyyət tərəfindən muxtar respublikamızın mədəni həyatında seçilən kollektiv kimi tanınır. 

Oktyabrın 31-də Naxçıvan şəhərində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti olub. Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Azər Cəfərli, Yaşar Qurbanov, Qəribə Həsənova, solistlərdən İlkin Abdullayev və Rahim Əsgərzadə Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnılarını ifa ediblər. Lirik melodiyalar və xarici ölkə bəstəkarlarının musiqilərinində səsləndirildiyi konsertdə S.Rüstəmovun “Hardasan?”, V.Adıgözəlovun “O qız hanı?”, T.Quliyevin “Qaytağı”, E.Sabitoğlunun “Ötən günlərim”, E.İbrahimovanın “Bu baxçadan keçəndə”, Ramiz Mirişlinin “Bir xumar baxışla” E. Kurtisin “Qızlara deyin” mahnılarının ifaları alqışlarla qarşılanıb.

00138298
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
411
351
3948
10375
138298

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: