"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında kitab müzakirəsi keçirilib

Oktyabrın 31-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında görkəmli yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin "Hekayələr" adlı kitabının müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq Cəlil Məmmədquluzadənin əsərlərində dövrünün ekstremist düşüncələrinə, cahilliyə, savadsızlığa və dini xurafatlara qarşı kəskin tənqidi fikirlər səsləndirmişdir.

Çıxışında bildirmişdir ki, Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində "Şərqi - Rus" qəzetinin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olmuşdur. 1903-cü ildə yaratdığı "Poçt qutusu" əsəri 1904-cü ildə elə "Şərqi-Rus" qəzetində çap olunmuşdur. "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu və "Molla Nəsrəddin" adı ilə məşhur oldu.

Bildirmişdir ki, Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirmişdir.

Zal müdiri Vəsilə Cəfərova "Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı", naxçıvanşünaslıq fondu və mübadilə bölməsinin müdiri İradə Məmmədova "C.Məmmədquluzadə hekayələr ustasıdır" adlı mövzularla çıxış etmişdirlər.

Çıxışlarda Mirzə Cəlilin həyatı, yaradıcılığı, hekayələri haqqında geniş məlumat verilmişdir. Cəlil Məmmədquluzadənin "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Qurbanəli bəy", "Quzu", "Saqqallı uşaq" hekayələri haqqında geniş məlumat verilmişdir. Tədbirin sonunda elektron lövhədə slayd nümayiş edilmiş, "Saqqallı uşaq", "Quzu", "Bəlkə də qaytardılar" videofilmlərinə baxış keçirilmişdir.

Sonda "Oxunması zəruru olan kitablar"ın sərgisinə baxış keçirilmişdir.

00138298
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
411
351
3948
10375
138298

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: