"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

İtaliyanın Sienna Universitetinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında səfərdədirlər

Qonaqlar səfərin ilk günü Heydər Əliyev Muzeyində olublar.

Bildirilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid olan müxtəlif tarixi sənədlər toplanılıb. Hazırda muzeydə 4600-dən çox eksponat vardır. İndiyədək muzeyi 300 minə yaxın tamaşaçı ziyarət edib.

Sonra Naxçıvan Günəş Elektrik Stansiyasında olan qonaqlara bildirilib ki, 22 meqavat gücündəki stansiya 2015-ci ilin dekabr ayında istifadəyə verilib. Stansiyada 2016-cı ildə 30 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub.

Sienna Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin tədris imkanları ilə maraqlanıb, universitetin Memarlıq və mühəndislik fakültəsinin müəllim və tələbələri üçün mühazirələr oxuyublar.

Professor Paolo Kontinin “Məişət binalarında alternativ enerji mənbələrindən istifadə imkanları” və digər mövzulardakı məruzələrində muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunmasında alternativ enerji mənbələrindən istifadə imkanları diqqətə çatıdırılıb, bu sahədə görülən işlərin məmnunluq doğurduğu vurğulanıb, mövzu ilə bağlı suallar cavablandırılıb. Həmçinin Sienna Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin Elektroenergetika mühəndisliyi ixtisasının tələbələrinə Naxçıvan Muxtar Respublikasındakı Günəş Elektrik Stansiyasının iş prinsipi və quruluşu barədə təcrübi dərs keçiblər. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsində isə Coğrafiya müəllimliyi ixtisasının tələbələri ilə təcrübi məşğələlər aparılıb. 

Sonra qonaqlar “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksini, Nuh Peyğəmbərin türbəsini ziyarət edib, Naxçıvan Biznes Mərkəzi və Heydər Əliyev Sarayı ilə tanış olublar. Səfər çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası ilə tanışlıq da xüsusi maraq doğurub.

Qeyd edək ki, İtaliyanın Sienna Universitetinin əməkdaşlarının təlimləri noyabr ayının 4-dək davam edəcək.

00138298
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
411
351
3948
10375
138298

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: