"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Kitabxananın əməkdaşları Təqaüdçülər Klubunda səyyari xidmət göstərmişlər

Noyabrın 1-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Xidmət şöbəsinin əməkdaşları 2 nömrəli Təqaüdçülər Klubunda olmuş, təqaüdçülərə səyyari xidmət göstərmişlər. 

Qeydiyyat bölməsinin müdiri Fəridə Heydərova çıxış edərək muxtar respublikada ahıllara, təqaüdçülərə göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirilib ki, muxtar respublikada sakinlərin asudə vaxtlarının ­səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Bu günlərdə Naxçıvan şəhərindəki 2 nömrəli Təqaüdçülər Klubunun binasının yenidən qurularaq istifadəyə verilməsi də bunun bariz nümunəsidir. 

Sonra Fəridə Heydərova dövri mətbuatda baş verən yeniliklərlə oxucuları tanış etmiş, “Şərq qapısı”, “Azərbaycan”, “Xalq qəzeti”nin  müxtəlif nömrələrində olan maraqlı məqalələri  ahıllar və təqaüdçülər üçün oxumuşdur. Qeyd olunmuşdur ki, bu cür səyyari xidmət kitabxana tərəfindən müntəzəm olaraq keçirilir.

Sonda yaşlı nəslin nümayəndələri muxtar respublika rəhbərliyinə və kitabxana əməkdaşlarına öz minnətdarlıqlarını bildirmişlər.

00138301
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
414
351
3951
10378
138301

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: