"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

“Əbədi ezamiyyət” sənədli filmi Şərurda nümayiş etdirilib

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan kinosu günü layihəsi çərçivəsində Şərur rayon Aralıq kənd Mədəniyyət evində Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Əbədi ezamiyyət” sənədli filmini nümayiş etdirmişdir. 

Filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına əsasən  hər həftənin beşinci günü Azərbaycan kinosu günü keçirilir. Bu kino günlərində xalqımızın tarixi, bu günü ilə bağlı bədii və sənədli filmlər nümayiş etdirilir. Bu gün nümayiş etdiriləcək “Əbədi ezamiyyət” filmi yeni çəkilmiş sənədli filmlərimizdən biri olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuşdur.

Bildirilib ki, filmin yaradıcıları tarixi faktlara əsaslanaraq cümhuriyyət uğrunda bütün çətinliklərə sinə gərən fədakar insanların həyat yolundan söhbət açmışlar.

Filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fariz Əhmədov, quruluşçu operatoru Rəşad Nuriyev, baş prodüseri Arzu Əliyeva və filmin məsləhətçisi, həmçinin baş rolun ifaçısı Tahir Əliyevdır.

“Əbədi ezamiyyət” filmi 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilmiş nümayəndə heyəti üzvlərinin milli dövlətçilik ideyaları uğrunda apardıqları mübarizədən, onların keşməkeşli taleyindən və qürbətdə bitən ömür yolundan bəhs edir.

Qeyd edilib ki, yaradıcı heyət filmin hazırlanması üçün il yarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.

Film kənd sakinləri tərəfindən böyük maraqla qarşılanmışdır.

00138300
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
413
351
3950
10377
138300

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: