"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Dövlət Musiqili Dram Teatrı qastrol səfərlərinə başlayıb

Naxçıvan Dövlət Musiqili Dram teatrıNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq hər il müxtəlif janrlarda əsərlər seçilərək Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulur. Belə nümunələrdən biri də belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Metterlinqin “Göy quş” fəlsəfi əsəri əsasında hazırlanmış tamaşadır.

İyulun 26-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Metterlinqin “Göy quş” əsərinin tamaşasına ictimai baxış olmuş və tamaşa geniş tamaşaçı kütləsinə təqdim olunmuşdur.

Naxçıvan Dövlət Musiqili Dram TeatrıBu tədbirlərin davamı olaraq Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Göy quş” tamaşası ilə muxtar respublikanın rayonlarına qastrol səfərlərinə başlayıb. Tamaşa ilk olaraq noyabrın 2-də Şərur rayonunda və 3-də isə Kəngərli rayonunda nümayiş olunub.

Azərbaycan Respublikasının Əməkdar Artisti Tofiq Seyidovun quruluş verdiyi tamaşanın rəssamı Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır.

Tamaşa Şərur və Kəngərli rayon ictimaiyyətinin böyük marağına səbəb olub.

Tamaşa Moris Metterlinqin “Göy quş” fəlsəfi  pyesi əsasında  hazırlanıb. Uşaq nağılı poetikasında yazılmış bu fəlsəfi əsər müdrik və ibrətamiz duyğular aşılayır. Tamaşada göstərilir ki, hər bir insanın xoşbəxtliyi onun qəlbindəki sevgi və xeyirxahlıqdır.

Tetarın kollektivi “Göy quş” tamaşası ilə muxtar respublikanın digər rayonlarında da teatrsevərlərin görüşünə gələcək.

00138298
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
411
351
3948
10375
138298

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: