"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

“Naxçıvan abidələr diyarıdır” mövzusunda tədbir keçirilib

Noyabrın 8-də Ordubad Rayon Mədəniyyət Evində Ordubad Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan müəssisələrin gəncləri üçün “Naxçıvan abidələr diyarıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradıcı gənclərlə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış edərək bildirmişdir ki, Azərbaycan gəncliyinin inkişafına etibarlı zəmin hələ XX əsrin 70-ci illərində yaranmışdır. Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində gənclərin məişət, təhsil, mədəni tələbatının ödənilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüşdür. Təkcə onu qeyd etmək kifayətdir ki, hər il yüzlərlə gənc SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində oxumağa göndərilmiş, oradan yüksək ixtisaslı mütəxəssislər kimi qayıdaraq ölkəmizin inkişafına öz töhfələrini vermişlər. Həmin dövrdə gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər bir yaşayış məntəqəsində zəruri infrastruktur yaradılmış, onların hərtərəfli inkişafının təmin olunmasına xidmət edən zəruri maddi-texniki baza formalaşdırılmışdır. Eyni zamanda, ictimai-siyasi həyatda gənclərin fəallığını stimullaşdıran müxtəlif tədbirlər görülmüşdür.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə təhsil sahəsində aparılan islahatlar gənclər siyasətinin ən vacib istiqamətlərindən birini təşkil edir.

Bu gün muxtar respublikamızda gənclərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət mərkəzindədir.

Sonra nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Əli Rzayev “Naxçıvan abidələr diyarıdır” mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında 20 il bundan əvvəl tarix və mədəniyyət abidələrinin qorunması təbliği və tədqiqi istiqamətində başlanan ardıcıl tədbirlər öz bəhrəsini verməkdədir. Qədim diyarımızın tarixi-mədəni və dini abidələrin öyrənilməsi, tədqiqi və təbliği işinə ardıcıl və davamlı diqqət və qayğının göstərilməsi bu işlərin həyata keçirilməsində mühüm rol oynamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamından sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilmiş, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılmışdır. 2005-ci ildə Gəmiqaya abidəsində beynəlxalq ekspedisiya təşkil edilmiş, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplamışdır. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı isə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində yeni mərhələnin başlanğıcını qoymuşdur. 2006-2016-cı illərdə muxtar respublikada 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Yeni arxeoloji tədqiqatların aparılması bu sahədə işlərin ardıcıl həyata keçirildiyini göstərir.

Sonda “Naxçıvan sirləri” sənədli filmi nümayiş etdirilmişdir.

00138298
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
411
351
3948
10375
138298

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: