"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

“9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Beləliklə hər il 9 noyabr tarixi xalqımız tərəfindən təntənəli şəkildə qeyd edilməyə başlanılmışdır.

Bu əlamətdar gün münasibətilə ölkəmizin hər yerində müxtəlif səpkili tədbirlər keçirilir.

Noyabr 8-də Mədəniyyət üzrə Elmi Metodik Mərkəzin və Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə Bənəniyar kəndində “9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Pərvin Həsənov qeyd etmişdir ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur.

Mədəniyyət üzrə Elmi Metodik Mərkəzin direktoru Səyyar Məmmədov “Bayrağımız bizim qurur mənbəyimizdir” mövzusunda çıxış etmişdir. O bildirmişdir ki, Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. 

Bənəniyar kənd mədəniyyət evinin metodisti Sevinc Quliyeva və kənd sakini Ramiz Quliyev mövzu ətrafında çıxış etdilər.

Sonda şagirdlərin ifasında şeirlər səsləndirildi.

00138298
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
411
351
3948
10375
138298

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: