"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ədəbi-musiqili gecə keçirilib

Noyabrın 7-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında xalq artisti, bəstəkar Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş ədəbi-musiqili gecə keçirilmişdir.

Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Ədəbi hissədə musiqi-not şöbəsinin müdiri Nailə Əsədova "Ecazkar sənətkar Tofiq Quliyev", kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova "Nəğmə dolu bir ürək"  adlı mövzularla çıxış etmişdirlər.

Çıxışlarda bildirilmişdir ki, Azərbaycan estrada musiqisinin yaradıcılarından biri Tofiq Quliyev özünəməxsus orijinal üsluba malik sənətkar kimi çoxəsrlik milli mədəniyyət salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Onun xalqımızın mədəni sərvətlər xəzinəsini zənginləşdirən və müxtəlif nəsillərə mənsub ifaçıların repertuarında bu gün də geniş yer tutan ayrı-ayrı janrlardakı rəngarəng əsərləri insanlarda milli-mənəvi dəyərlərə bağlılıq və yüksək estetik-bədii zövq aşılayır. Çoxları yorğun olanda, yaxud kədərli anlarında böyük bəstəkar, xalq artisti Tofiq  Quliyevin mahnılarını dinləməyi xoşlayırlar. Bu mahnılar adama ana laylası qədər doğmadır.

Tofiq Quliyev böyük ürəyi olan insan idi. O, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran çox nadir insanlardan idi. Tofiq Quliyev Azərbaycan xalqının qəlbinə təkcə sənəti və musiqisi ilə deyil, eyni zamanda şəxsiyyəti ilə yol tapan görkəmli ziyalı olub. Bu gün onun övladları və qohumları onun mənəvi davamçılarıdır, görkəmli rejissorumuz və sənət fədaimiz Eldar Quliyevin adını çəkmək kifayətdir. Azərbaycanla bağlı xoş ovqat və əhval-ruhiyyə oyadan bu sənətkar daim bizim qəlbimizdə olacaq.Bu gün də Tofiq Quliyev musiqisinə qulaq asanda riqqətə gəlirik, həm Bakı, həm Azərbaycan, dostluq və məhəbbətlə bağlı hisslərimizi onun yazdığı əsərlərlə uzlaşdırırıq.

Bədii hissədə elektron lövhədə bəstəkarın mahnılarından ibarət video-slayda və stolüstü sərgiyə baxış keçirilmişdir. 

00138298
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
411
351
3948
10375
138298

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: