"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvanın muğam ifaçıları Bakıda möhtəşəm konsert proqramı ilə çıxış ediblər

Beynəlxalq Muğam Mərkəzində təşkil edilən “Nəqşicahan sədası” adlı konsert proqramını yüzlərlə tamaşaçı hərarətli alqışlarla qarşılayıb.

Muğam konsertində Naxçıvan ifaçılarından Zülfüqar Mahmudov, Nərmin Hüseynova, Əbülfəz Məmmədli, İlkin Abdullayev, Tural Nəcəfov bir-birindən rəngarəng ifalar təqdim ediblər. Naxçıvan Dövlət Uşaq Filarmoniyasının uşaq solistləri Təyyar Mədətlinin, Rəna Mehraliyevanın, Əli Mehralıyevin, Həsən Babazadənin, Ələkbər Sadiqovun ifaları da hərarətlə qarşılanıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynovun, xanəndələr Sərxan Bünyadzadənin, Ataxan Quliyevin oxuduqları “Qarabağ şikəstəsi”, “İlk sevgi”, “Sarı gəlin”, “Gül açdı”, “Şuşanın dağları”, “Ovşarı ritmik” muğamı, “Alagöz”, “Şahnaz” muğamı, “Heyratı ritmik” muğamı, “Naxçıvan təranəsi”, “Rast təsnifləri” konsert proqramına əlavə rəng qatıb.

Konsert proqramından hazırlanmış geniş videomaterial yaxın günlərdə  Naxçıvan televiziyasının tamaşaçılarına təqdim ediləcək.(naxcivantv.az)

00138298
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
411
351
3948
10375
138298

Tarix: 20-11-2017
Biz, sosial şəbəkələrdə: