"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs keçirilib

Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin şagirdləri üçün açıq dərs təşkil edilib.

“Əbədiyaşar lider Heydər Əliyev” mövzusunda dinləyicilərə məlumat verən  muzeyin bələdçisi Əfsanə Məhərrəmova bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi əbədi və dönməz oldu.

Muzey bələdçisi şagirdləri ümummilli liderin  həyat və fəaliyyətini  əks etdirən  tarixi  sənədlərlə tanış edib. Muzeydə onlara bu  fenomenal şəxsiyyətin uşaqlıq və gənclik  illərinə həsr olunmuş stendlər, imzaladığı  qərar və sərəncamlar haqda ətraflı məlumatlar verilib.

Ulu öndərə həsr olunmuş kitablar, xarici ölkələrin liderləri ilə  keçirilən görüşlərdən çəkilmiş foto-şəkillər, dahi şəxsiyyətə məxsus şəxsi əşyalar da  şagirdlərin marağına səbəb olub.

00250849
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
11
388
1706
7716
250849

Tarix: 20-07-2018
Biz, sosial şəbəkələrdə: