"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Təqaüdçülər Klubunda konsert olub

Muxtar respublikamızda ahıl vətəndaşların, eləcə də təqaüdçülərin asudə vaxtlarının mənalı və səmərəli keçirilməsi də diqqət mərkəzində olan sahələrdəndir. Əhalinin bu kateqoriyasından olan insanlara mədəni xidmət, onların istirahətinin səmərəli və mənalı keçirilməsinə şərait yaradır və bu insanlar tərəfindən rəğbətlə qarşılanır. Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin 2 nömrəli Təqaüdçülər Klubu da pensiyaçıların, ümumiyyətlə şəhərin yaşlı sakinlərinin sevimli məkanlarından biridir.

Dekabrın 1-də 2 nömrəli Təqaüdçülər Klubunda Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblının konserti olub. Konsertdən əvvəl klubun müdiri Mirvasif Seyidov çıxış edərək muxtar respublikamızda təqaüdçülərə və ahıl insanlara göstərilən qayğıdan danışıb. Bildirilib ki, muxtar respublikamızda təqaüdçülərin asudə vaxtının səmərəli təşkili müxtəlif tədbirlər keçirilir. Yeni istifadəyə verilən bu klubda da stolüstü oyunlar üzrə müxtəlif yarışlar keçirilir, kitab müzakirələri və konsertlər təşkil olunur. Sevindirici haldır ki, bu mədəni tədbirlər bu kateqoriyadan olan insanlar tərəfindən rəğbətlə qarşılanır.

Qeyd edilib ki, yaşlı nəslə qayğı həm də milli mənəviyyatımızın tərkib hissəsidir. Buna görə də təqaüdçülərə və ahıl insanlara həmişə xüsusi diqqət göstərilir. Vurğulanıb ki, təqaüdçü və ahıl insanlara mədəni xidmət tədbirləri ardıcıl olaraq davam etdiriləcəkdir.

Klub müdiri bildirib ki, Naxçıvan Musiqi Kolleci milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının öyrənilməsi, gənc musiqiçi kadrların yetişdirilməsi sahəsində uğurlar eldə etmişdir. Kollec təkcə təhsil müəssisəsi kimi fəaliyyəti ilə bərabər həm də respublika üzrə keçirilən mötəbər tədbirlərdə, el şənliklərində konsert proqramları ilə çıxış edir. 40 ildən artıq fəaliyyət göstərən kollecdə müxtəlif musiqi kollektivləri də yaradılmışdır. “Buta” muğam ansamblında bu kollektivlərdən biridir. Kollektiv gənc muğam ifaçılarından və müğənnilərdən ibarətdir. Kollektivin üzvləri maraqlı konsert proqramları ilə ictimaiyyət qarşısında çıxış edirlər. “Buta” muğam ansamblının Naxçıvan Dövlət Televiziyasındakı çıxışları da maraqla qarşılanır. Bu gün isə “Buta” muğam ansamblının konserti təqaüdçülərdə xoş əhval-ruhiyyə yaradacaqdır.

Sonra “Buta” muğam ansamblının ifasında muğam və təsniflər, xalq mahnıları ifa olunub. Samir İsmayılovun ifasında Rauf Hacıyevin “Azərbaycan” mahnısı təqaüdçülər tərəfindən alqışlarla qarşılanıb. Konsertdə “Sarı gəlin”, “Qara qaşın vəsməsi” xalq mahnıları və Azərbaycan bəstəkarlarının mahnıları səslənib. Müğənnini balabanda Sərxan Əliyev, kamançada Nurlan Nuriyev və başqa musiqiçilər müşayiət ediblər. 

00150474
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
163
338
2557
7181
150474

Tarix: 17-12-2017
Biz, sosial şəbəkələrdə: