"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

“Muzey işçilərinin peşə hazırlığının daha da artırılması sahəsində görüləcək işlər” mövzusunda dəyirmi masa keçirilib

Dekabrın 5-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində bu mövzuda dəyirmi masa keçirilib.

Dəyirmi masanı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Qumral Məmiyeva açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları müasir tələblər səviyyəsində qurulur. Qədim diyarımızda geniş muzeylər şəbəkəsi yaradılmaqla bərabər, həm də onların müxtəlif profilli olmasına diqqət yetirilir. Bu gün muxtar respublikamızda tarix-diyarşünaslıq muzeyləri, xatirə muzeyləri, muzey kompleksləri, dövlətçilik tariximizlə bağlı muzeylər fəaliyyət göstərir. Bütün bunlar mədəni irsimizin qorunması, gənc nəslin mənəvi-estetik, ideya-siyasi dünyagörüşünün zənginləşməsində və vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muzeylər haqqında imzaladığı sərəncamlar bu sahəyə göstərilən diqqət və qayğının ifadəsidir. Bu sərəncamlar yeni muzeylərin yaradılmasında, bu mədəniyyət ocaqlarına marağın artmasında, muzeylərin fəaliyyətinin düzgün qurulmasında əhəmiyyətli rol oynamışdır. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Vurğulanıb ki, muzey işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün müxtəlif tədbirlər, seminar-treninqlər, kurslar, dəyirmi masalar təşkil edilir. Bütün bunlar muzey işçilərinin nəzəri və praktik səviyyəsinin yüksəldilməsinə xidmət edir. Qeyd edilib ki, bu gün keçirilən “Muzey işçilərinin peşə hazırlığının daha da artırılması sahəsində görüləcək işlər” mövzusundakı dəyirmi masa da bu məqsədlə keçirilir.

Sonra mövzu ilə bağlı müzakirələrdə Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru, Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli, C.Naxçıvanskinin Ev  Muzeyinin direktoru Abasət Nuriyev və başqaları çıxış ediblər. Çıxışlarda muzeylərimizə daxil olan əşyaların qəbulu və qeydiyyatı, uçot nişanları, elmi-köməkçi və xammal fondlarının əşyalarının mühafizəsi qaydaları və mühafizənin təşkili, muzey mühafizəsi rejimi, işıq rejimi, müxtəlif material və əşyaların mühafizəsi qaydaları və muzey işinin başqa aktual məsələləri haqqında fikir mübadiləsi olmuşdur.

Dəyirmi masa başa çatdıqdan sonra C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin ekspozisiyasına baxış olmuşdur.

00150474
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
163
338
2557
7181
150474

Tarix: 17-12-2017
Biz, sosial şəbəkələrdə: