"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Ordubad şəhərində konserti olub

Dekabrın 5-də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Ordubad şəhərindəki İnternat məktəbində konserti olmuşdur. Konsertdən əvvəl Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Ariz Ağayev çıxış edərək bildirib ki, muxtar respublikamızda uşaqların sağlam mühitdə böyümələri və təhsil almaları üçün əlverişli şərait yaradılmışdır. İstedadlı uşaqların üzə çıxarılması ilə bərabər həm də böyüməkdə olan nəslin asudə vaxtının səmərəli təşkili də bu gün diqqət mərkəzində olan sahələrdəndir. Bunun üçün muxtar respublikamızda bir sıra infrastruktur sahələri yaradılmış və onların istifadəsinə verilmişdir.

Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyası da belə mədəniyyət müəssisələrindən biridir. Filarmoniyada uşaqların yaradıcılıq potensialını və istedadını göstərməsi üçün hər cür şərait yaradılmışdır. Burada uşaqlardan ibarət xalq çalğı alətləri ansamblı, kamera orkestri, mahnı və rəqs ansamblı, xor kollektivi, muğam ifaçıları fəaliyyət göstərir. Gənc istedadların konsertləri təşkil edilir, onların istedadlarını göstərməsi üçün müxtəlif tədbirlər həyata keçirilir.

Vurğulanıb ki, bu günkü konsertdə də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının istedadları öz bacarıqlarını göstərəcək və məktəbin şagirdlərinə xoş ovqat bəxş edəcəkdir.

Ordubad  şəhər tam orta internat məktəbin direktoru Musa Ağayev çıxış edərək məktəbdə yaradılan şəraitdən bəhs etmiş və şagirdlərə mənalı istirahət arzulaışdır.

Konsertdə ilk olaraq xalq çalğı alətləri ansamblının ifasında “Diringi”  xalq rəqsi səslənmişdir.

Filarmoniyanın solistləri Babək Səmədzadə və Kənan Əkbərovun ifasında “Salam Naxçıvan” mahnısı alqışlarla qarşılanmışdır.

Kollektivin istedadlı solistləri Xəzər Məmmədov, Təvəkkül Vəlizadə, Babək Səmədzadə, Məhəmməd Kəngərli, Təyyar Mədətli, Əli Mehrəlıyev, Ələkbər Sadiqov, Həsən Babazadənin ifasında xalq mahnıları, təsniflər, ritmik muğamlar konsert iştirakçılarında xoş ovqat yaratmışdır.

Solistlərdən Seymur Fərəcovun sazda, Ələkbər Məmmədovun balabanda, Azər Məmmədovun nağarada ifa etdikləri “Ovşarı” saz havası maraqla qarşılandı. Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupunun ifasında “Tərəkəmə”, “Naz eləmə” rəqsləri konsertdə rəngarənglik yaratdı.

Filarmoniyanın solistləri Həsən Babayev, Mikayıl Nəsirov, Səfər Cəfərov və başqalarının ifasında görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Cahangir Cahangirov, Şəfiqə Axundova, Polad Bülbüloğlunun şən və lirik mahnıları səslənmişdir.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının konserti görkəmli bəstəkarımız Rauf Hacıyevin “Azərbaycan” mahnısı ilə başa çatıb.

00150474
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
163
338
2557
7181
150474

Tarix: 17-12-2017
Biz, sosial şəbəkələrdə: