"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Keçinin qisası” tamaşası Sədərəkdə tamaşaçılara təqdim edilib

“Keçinin qisası” tamaşası Sədərəkdə   tamaşaçılara təqdim edilibDekabrın 14-də M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tanınmış yazıçı Əyyub Abbasovun “Keçinin qisası” tamaşasını Sədərək Rayon Mədəniyyət Evində göstərmişdir. Qeyd edək ki, bundan əvvəl Naxçıvan Dövlət Kukla Teatrı muxtar respublikanın sərhəd kəndləri olan Şada və Gömür tam orta məktəblərinin şagirdləri qarşısında Kəmalə Ağayevanın “Göyçək Fatma” tamaşasını nümayiş etdirmişdir.

Tamaşadan əvvəl teatrın bədii rəhbər – direktoru, Xalq artisti Şirzad Abutalıbov çıxış edərək balaca tamaşaçılara Naxçıvan Dövlət Kukla Teatrının keçdiyi yaradıcılıq yolu haqqında qısa məlumat verib. Qeyd edilib ki, teatr uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, estetik zövqünün formalaşmasında mühüm rol oynamışdır. 1989-cu ildə yaradılan teatr xarici ölkələrdə də qastrol səfərlərində olmuş və teatr fevtivallarında iştirak edərək tamaşaçı sevgisi qazanıb. Bildirilib ki, teatrın “Niyyət açarı”, “Sirli sözlər”, “Göyçək Fatma” tamaşaları uşaqlar tərəfindən maraqla qarşılanıb.

Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanmış “Keçinin qisası”tamaşasında cərəyan edən hadisələr alleqorik şəkildə canlandırılır. Keçi xeyirxahlığın, mərhəmətin rəmzidir. Tamaşadakı Qurd surəti isə mənfi qüvvələri, ədalətsizliyi təmsil edir. “Keçinin qisası” tamaşasında teatrın tanınmış aktyorları rol almışlar. Keçi (aktrisa Vəsmə Quliyeva), Şüngülüm (aktrisa Ulduz Süleymanova), Şəngülüm  (aktrisa Əfqanə Ələsgərova), Məngülüm (aktyor Arzu Səfərov), Mürsəl (aktyor İlham Babayev), Qurd (aktyor Süleyman Süleymanov), Qazi (aktyor İlqar Babayev) məşhur xalq nağılının qəhrəmanları kimi uşaqlar və məktəblilər tərəfindən maraqla qarşılanmışdır. Xüsusilə Keçinin öz balalarını xilas etməsi üçün Qurdla döyüşə getmə səhnəsi balacalar tərəfindən alqışlarla qarşılanıb. Keçinin Qurda qalib gəlməsi və tamaşanın nikbin sonluqla bitməsi xeyrin şər qüvvələr üzərində qələbəsi kimi səslənir.

“Keçinin qisası” tamaşasının quruluşçu rejissoru Nadir Hüseynov, rəssamı Rəfael Qədimov, bəstəkarı Əli Məmmədovdur. Tamaşada səslənən şən mahnılar hadisələrin gedişi ilə uyğunluq təşkil edir. Tamaşada rollarını canlandıran aktyorlar olduqca təbii təsir bağışlayır.

Tamaşa məktəblilərə xoş əhval-ruhiyyə bəxş edib.

Teatr bundan sonrada sərhəd rayonlarında və kəndlərində balacalar üçün tamaşalar göstərməsini nəzərdə tutmuşdur.

00285917
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
6
69
1151
3142
285917

Tarix: 19-11-2018
Biz, sosial şəbəkələrdə: