"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan mətbəxi – Xaş

Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir.

Bu diyarın təmiz havası, dumduru suları, əsrarəngiz təbiəti, bitki örtüyü Naxçıvan mətbəxinin rənglərində də özünü açıq aydın  göstərir.

Ona görə də tarixən ekoloji-təmiz məhsullardan hazırlanan milli yemək və şirniyyatların şöhrəti dünyanı dolaşıb. Elə indi olduğu kimi...

Naxçıvan Turizm İnformasiya Mərkəzi “Naxçıvan mətbəxi” kitabında yer alan nümunələri Azərbaycan və İngilis dillərində öz oxucularına təqdim edir.

Bu gün oxucularımızı  “Xaş” ın hazırlanma qaydası ilə tanış edəcəyik.

Xaş

Qoyunun kəllə və ayaqları ütülür, ilıq suda (belə suya bəzi böl­gələrdə lilimar, lilivan su da deyilir) təmizlənir, yuyulub doğranır, sonra qarın qaynar suda təmizlənir, yuyulur, doğranır kəllə ilə birlikdə qazana qo­yulur və üzərinə su, duz əlavə edilib vam odda bişənə qədər qaynadılır. Suyu çəkilərək az qalır. Süfrəyə baş soğan və sarımsaqla verilir. Mal ayaq­larından da xaş bişirilir. Bəzən doğranmış kəllə və dırnaqlar qarına bükülərək bişirilir.

Ərzaq: 1 qoyun kəlləsi, ayaqları və qarnı, 3 litr su, 2-3 ədəd baş soğan, duz.

Khash

The head and legs of ram are scorched and cleaned in warm water, washed and cut into pieces and put into a sause-pan, salt and water is added and cooked on warm oven. Bulb onion is added wholely to take the odour. A little water is left as it boils much. Bulb onion and garlic can be used when it is served. Sometimes the head and legs are cut into pieces and wrapped with stomach and cooked. Ingredients: 1 ram’s head-legs and stomach, 4 litres of water, 2-3 bulb onions salt.

00238005
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
258
417
675
8378
238005

Tarix: 19-06-2018
Biz, sosial şəbəkələrdə: