"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının sərhəd rayonunda konserti olub

Sədərək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilibÖtən ayın sonlarında istifadəyə verilən Sədərək Rayon Mədəniyyət Evində mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Sərhəd rayonunda yerləşən bu müasir mədəniyyət evinin istifadəyə verilməsi konsertlər təşkil etmək, kinofilmlər və tamaşalar nümayiş etdirmək, kitab müzakirələri keçirməklə mədəni həyatı canlandırmaq baxımından mədəniyyət işləri qarşısında yeni imkanlar açır. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı bu yaxınlarda Ə.Abbasovun “Keçinin qisası” tamaşası ilə bu sərhəd rayonunda məktəblilərin qonağı olmuşdur. Məktəbli tamaşaçıların çox olduğunun nəzərə alan teatr yenidən Sədərək Rayon Mədəniyyət  Evində teatr tamaşası nümayiş etdirməyi nəzərdə tutmuşdur. Naxçıvan Dövlət Film Fondu isə “Azərbaycan Kinosu Günü” çərçivəsində “Şərikli çörək” filmini rayon sakinlərinə göstərmişdir. Sədərək Rayon Mədəniyyət Evində mədəni-kütləvi tədbirlərin keçirilməsi davam edir.

 Dekabrın 22-də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı maraqlı konsert proqramı ilə rayon ictimaiyyəti qarşısında çıxış etmişdir. Bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, baletmeysteri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırov olan ansamblın ifasında ilk olan Səid Rüstəmovun “Azərbaycan sütası”nın sədaları altında rəqs kollektivi səhnəyə çıxmışıdır.

Ansamblın solistləri Nərmin Hüseynova, Cəfər Tağıyevin ifasında tanınmış bəstəkarlarımız Nəriman Məmmədov, Ramiz Mirişli, Hacı Xanməmmədovun və başqalarının şən və lirik mahnıları səslənmişdir.

Rəqs kollektivinin ifasında “Yüz biri”, “Xançobanı” və başqa rəqslərimiz alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Qəribə Həsənova, Hünər Əliyev, Xatirə Səfərovanın ifalarında bəstəkar mahnıları, muğam və təsniflər tamaşaçılarda xoş ovqat yaradıb.

İki saata yaxın davam edən konsert “Yallı” rəqsi ilə başa çatıb.

00291051
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
104
479
583
2785
291051

Tarix: 11-12-2018
Biz, sosial şəbəkələrdə: