"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

M.S.Ordubadinin "Qılınc və qələm" romanının müzakirəsi keçirilib.

"Oxunması zəruri olan kitablar haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə əlaqədar dekabrın 22-də İ.Qasımov adına Naxçıvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Naxçıvan Dövlət Baytarlıq Xidmətində M.S.Ordubadinin  "Qılınc və qələm" romanının müzakirəsi keçirilib.

Tədbirdə İ.Qasımov adına Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Sədaqət Əsgərova, kitabxananın əməkdaşları Nərminə Ağayeva, Şəhla Yusifova, Dövlət Baytarlıq Xidmətinin şöbə müdiri Kamil Qurbanovun çıxışları olub.

Qeyd olunub ki, Azərbaycan ədəbiyyatında öz tarixi-bioqrafik romanları ilə möhkəm mənəvi kök salmış M.S.Ordubadinin sonuncu tarixi romanı "Qılınc və qələm" romanıdır.

Böyük Nizaminin bədii surətini yaratmaq, onun yaşadığı və ölməz əsərlərini yazdığı mürəkkəb dövrü təsvir etmək çətin məsələdir. Məşhur "Qılınc və qələm" romanında M.S.Ordubadi bu çox çətin məsələni özünəməxsus ustalıqla həll etmişdir.

M.S.Ordubadi romanı yazarkən tarixi mənbələrdən, qədim əlyazmalardan, sənədlərdən istifadə etmiş, uzaq tarixi və tarixi şəxsiyyətləri obyektiv surətdə canlandırmışdır. Romanda XII əsrin ikinci yarısında Azərbaycan hökmdarı sayılan eldəgizlər sülaləsinin hökmranlığı və xəlifəyə qarşı mübarizə öz əksini tapmışdır.

Qeyd olunmuşdur ki, "Qılınc və qələm" romanı 100 illik bir tarixin canlı təsviridir.

00291051
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
104
479
583
2785
291051

Tarix: 11-12-2018
Biz, sosial şəbəkələrdə: