"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Culfa şəhər uşaq musiqi məktəbinin hesabat konserti keçirilib

Dekabrın 27-də Culfa Rayon Mədəniyyət Evində Culfa şəhər uşaq musiqi məktəbinin hesabat konserti keçirilmişdir. Konsert başlamazdan əvvəl qeyd edilmişdir ki, artıq 50 ildir fəaliyyət göstərən bu təhsil ocağı yetirdiyi musiqiçi kadrlarla respublikamızda, xüsusən də muxtar respublikamızda mədəniyyətin inkişafına öz töhfəsini vermiş və verməkdədir.

Culfa şəhər uşaq musiqi məktəbinin direktor əvəzi Elşad Rzayev çıxışında bildirmişdir ki, məktəbimizin  həyatında  ən  əlamətdar  hadisələrdən  biri  30 may  2012-ci  ildə  Culfa  şəhər  uşaq  musiqi  məktəbi  üçün  yeni,  müasir   standartlara  cavab  verən,  fərdi  qazanxanası,  kitabxanası, bufeti, yaradıcı kollektivlərin məşqlərinin  aparılması  üçün  2  zalı və 52 sinif otağı ilə  təmin  olunmuş dördmərtəbəli binanın bizim istifadəmizə verilməsi oldu. Çox sevindirici haldır ki, Culfa şəhər  uşaq  musiqi  məktəbinin  açılışında  Azərbaycan Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev şəxsən  iştirak  etmiş və məktəbimizə bir ədəd Royal hədiyyə vermişdir.

Konsertdə məktəbin Xalq Çalğı Alətləri, Skripkaçalanlar və Nağaraçalanlar ansamblının, Xor kollektivinin və şagirdlərin solo ifaları təqdim edilmişdir. Konsert proqramına daxil olan C.Cahangirovun, V.Kalinnikovun, T.Quliyevin, F. Əmirovun, J.Bizenin, V.Allahverdiyevin əsərləri ilə yanaşı, “Şüştər” rənginin, xalqımızın milli dəyəri olan “Sarı gəlin” mahnısının ifa olunması tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

00165325
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1015
559
1574
7334
165325

Tarix: 16-01-2018
Biz, sosial şəbəkələrdə: