"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kollec tələbələri üçün növbəti açıq dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 iyul 2015-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Naxçıvan Musiqi Kollecinin kitabxana - informasiya ixtisası üzrə təhsil alan II – III kurs tələbələri üçün “Kitabxanalarda komplektləşdirmə işinin təşkili” və “Ədəbiyyatların elmi və texniki cəhətdən işlənməsi qaydaları” mövzusunda növbəti açıq dərs keçirilmişdir.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kamal Axundov açaraq, əvvəlcə tələbələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları münasibətilə təbrik edib. Direktor kitabxananın ümumi fəaliyyəti, strukturu və oxucularla aparılan işlərdən danışdı və qeyd olunan mövzularla əlaqədar kitabxananın komplektləşdirmə şöbəsinin müdiri Şəbnəm Ələkbərovaya və sonra kitabişləmə şöbəsinin böyük kitabxanaçısı Xədicə Hüseynova mühazirə oxudular. Məruzələr dinlənildikdən sonra kitabxana işi haqqında ətraflı müzakirələr aparıldı.

Sonda tələbələr kitabxananın oxu zalı, abonomentləri və fondları ilə əyani şəkildə tanış oldular və kitabxananın gündəlik fəaliyyəti, oxucularla aparılan işləri kitabxanaçılarla birlikdə icra edərək özlərində lazımi təcrübə topladılar.

00278343
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
14
421
1256
9431
278343

Tarix: 20-09-2018
Biz, sosial şəbəkələrdə: