"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində açıq dərs keçirilib

Yanvarın 5-i  Cəlil Məmmədquluzadə  adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Naxçıvan şəhər 3 nömrəli tam orta məktəblə birlikdə böyük ədib, görkəmli şəxsiyyət Cəlil Məmmədquluzadənin anım gününə həsr edilmiş “Böyük amallar carçısı-Cəlil Məmmədquluzadə” mövzusunda açıq dərs keçirilmişdir.

Açıq dərsi giriş sözü ilə açan muzeyin direktoru Aləmzər İbrahimova böyük demokratın həyatından, Azərbaycan ədəbiyyatı tarixinə milli yazıçı, publicist, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və kiçik hekayənin böyük ustadı kimi daxil olmağından söhbət açdı.

Sonra Cəlil Məmmədquluzadə  adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin baş elmi işçisi  Səmanə Rüstəmova “Böyük amallar carçısı- Cəlil Məmmədquluzadə” mövzusunda çıxış edərək görkəmli sənətkarın həyatından, çoxşaxəli yaradıcılığından və “Molla Nəsrəddin” jurnalının mətbuat tariximizdəki fəaliyyətindən geniş və məzmunlu çıxış edərək bildirdi ki, böyük ədibin iris bizim milli sərvətimizdir. Cəlil Məmmədquluzadə ictimai ədalətsizliyi, xurafatı, müstəmləkə və milli zülmü, fitnəkarlığı amansız tənqid atəşinə tutmuş, pz xalqını hər zaman elmə, maarifə səsləmişdir. O eyni zamanda satiric qrafikanın, karikatura sənətinin də əsasını qoymuşdur.

Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

00165325
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1015
559
1574
7334
165325

Tarix: 16-01-2018
Biz, sosial şəbəkələrdə: