"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Solfecio, musiqi ədəbiyyatı və xor üzrə metodiki kurs keçirilmişdir

Yanvarın 10-da Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri üçün solfecio, musiqi ədəbiyyatı və xorfənləri üzrə metodiki kursu keçirilmişdir.

Bu kursların keçirilməsində əsas məqsəd şagirdlərin dünyagörüşünü zənginləşdirməkdir. Şagirdlərin ümumi musiqi ədəbiyyatı ilə yanaşı, Azərbaycan musiqi ədəbiyyatı ilə tanışlığı onların musiqi tərbiyəsinin formalaşmasında və hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Metodiki kurslarda müəllimlərin bilik səviyyəsinin yüksəldilməsi və bu fənni tədris edənlərə müəyyən istiqamətlər də göstərilir. Müəllimlərə solfecio fənni və musiqi ədəbiyyatı haqqında da geniş məlumat verilir.

Naxçıvan şəhər S.Rəcəbov adına 3 №-li Uşaq Musiqi Məktəbinin müəllimi Nuray Hüseynova “Beş və yeddi illik təhsil sistemi üzrə solfecio  fənninin tədrisi” üzrə metodiki dərs keçmişdir. Bildirmişdir ki, musiqi məktəblərində solfecio fənninin tədrisi zamanı şagirdlərə Azərbaycan ladları səs sıralarını qurmaq, major-minor sistemi ilə yanaşı Azərbaycan ladlarını eşitmə qabiliyyətini formalaşdırmaq, ladlar üzərində müxtəlif intonasiya məqsədləri, eləcə də solfecio oxuma və imla yazmaq zamanı xalq musiqi nümunələrinə istinad edilməlidir.

Mədəniyyət və Turizm Nazirliyinin Musiqinin inkişafı və təhsil müəssisələri ilə iş sektorunun müdiri Leyla Əlimərdanova “Beş və yeddi illik təhsil sistemi üzrə musiqi ədəbiyyatı fənninin tədrisi” mövzusunda dərs keçmişdir. Bildirmişdir ki, musiqi məktəblərində şagirdlərə ümumi musiqi ədəbiyyatı ilə yanaşı, Azərbaycan musiqi ədəbiyyatı da tədris olunur. Tədris zamanı şagirdlər musiqi ədəbiyyatının geniş sahəsilə tanış olur, müxtəlif janr və xüsusiyyətləri, xalq və professional musiqi formaları, musiqi ifadə vasitələri, musiqi alətləri, simfonik orkestr, ansambl quruluşları haqqında biliklər əldə edirlər.

Naxçıvan şəhər S.Rəcəbov adına 3 №-li Uşaq Musiqi Məktəbinin müəllimi Möhtərəmə Qafarova “Beş və yeddi illik təhsil sistemi üzrə xor fənninin tədrisi” mövzusunda dərsdə bildirib ki, xor sənəti qədim tarixə malikdir. O hissləri, xəyalları, oxuyan insanların iradələrini birləşdirir, onların zövqlərini və qəlblərini tərbiyələndirir. Qeyd edilib ki, Azərbaycan bəstəkarları da uşaqlar üçün xor yazılmış əsərlərdə vətənə məhəbbət, vətənpərvərlik hisslərinə xüsusi diqqət yetirməlidirlər.

Metodik dərslərin sonunda mövzular müzakirə edilmiş və suallar cavablandırılmışdır.

00165325
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1015
559
1574
7334
165325

Tarix: 16-01-2018
Biz, sosial şəbəkələrdə: