"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

"Təmsillər" kitabının müzakirəsi keçirilib

Yanvarın 9-da 7 nömrəli tam orta məktəbdə "Oxunması zəruri olan kitablar"ın siyahısına daxil olan "Təmsillər" (uşaq ədəbiyyatı) adlı kitabın müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Südabə Heydərova "Təmsillərin tərbiyəvi əhəmiyyəti", M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının baş kitabxanaçısı Leyla Qənbərova "Təmsillər"-Uşaq ədəbiyyatı", 7 nömrəli tam orta məktəbin kitabxanaçısı Tükəz Əliyeva "Mütaliənin şagirdlərin tərbiyəsində rolu" adlı mövzularla çıxış etmişdirlər.

Çıxışlarda bildirilmişdir ki, folklor janrları içərisində ən qədimi təmsillərdir. Təmsil — epik növün ən qədim janrlarından biridir. Təmsil həcmcə kiçik olur, lakin dərin məna ifadə edir.

Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cismləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır. Həmin müəlliflərin fikrindəki yanlışlıq ondan ibarətdir ki, guya təmsil təkcə nəzmlə yazılır. Onlar fikirlərini, elmi mülahizələrini əsaslandırmaq üçün yazırlar ki, ədəbiyyatımızda təmsilin ilk nümunələrinə N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasında rast gəlirik. A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani və M.Ə.Sabir də qələmlərini təmsil janrında sınamışlar. Qələm sahibləri nəzərə almalıdırlar ki, folklor daxilində təmsil epik növ kimi nəsrlə yaradılır. Yuxarıda adı çəkilən şairlər təmsil mövzularını folklordan alıb nəzmə çəkmişlər. Cəsarətlə qeyd etmək olar ki, şairlər tərəfindən qələmə alınan təmsillərin mövzu dairəsi xeyli kiçilmiş, bi qədər də xalq deyimlərindən uzaqlaşaraq şəxsi subyektdə verilmişdir. Kitaba daxil edilmiş təmsillərin üzərində zamanın möhürü vardır. Burada ayrı-ayrı heyvanlar, bitkilər və digər canlılar insan kimi şəxsiyyətləndirilib danışdırılır və onların timsalında cəmiyyətdə yaramaz insanların eyibləri müxtəlif hərəkət və danışıqlar vasitəsilə özünü göstərir. Burada tülkü hiyləgər, ayı axmaq, canavar sadəlövh, çaqqal arada vurnuxan, dəvə, at müdrik və s. şəkildə şəxsiyyətləndirilir. Çıxışlarda kitabda yazılan təmsillər haqqında geniş məlumat verilmişdir. Təmsillər şagirdlər tərəfindən bədii qiraət edilmişdir.

Tədbirin sonunda şagirdlərin sualları cavablandırılmış və "Oxunması zəruri olan kitablar"ın sərgisinə baxış keçirilmişdir.

00290869
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
401
269
2116
2603
290869

Tarix: 10-12-2018
Biz, sosial şəbəkələrdə: