"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Azərbaycanın “Gənclər paytaxtı”dır

Anar İbrahimov : “Seçimlərdən tək Naxçıvan şəhəri, buradakı gənclər deyil, bütövlükdə Azərbaycan gəncliyi qazandı desək yanılmarıq ”

Şərqin qədim şəhəri - doğma Naxçıvanımızın 2018-ci il Azərbaycanın gənclər paytaxtı kimi seçildiyi artıq məlum oldu. Yüz minlərlə Azərbaycan gənci Naxçıvanı seçməklə muxtar respublika paytaxtına, buranın tarixinə, inkişafına səs verməklə, həm də özləri üçün Azərbaycanın ayrılmaz bir parçasını yaxından tanımaq imkanı qazandı.

Təbii ki, bütün bu səsvermələr, seçimlər, sağlam rəqabət, bunların hamısı bir vasitədir, əsl məqsəd isə ölkəmizi tanıdaraq, onun hər bir guşəsini paytaxt qədər uca tutmaqla, müstəqil Azərbaycan dövlətinin yerlərdəki naliyyətini bütün dünyaya çatdırmaq, təqdim etmək fürsətidir. Məhz bu səbəbdən seçimlərdən tək Naxçıvan şəhəri, buradakı gənclər deyil, bütövlükdə Azərbaycan gəncliyi qazandı desək yanılmarıq.

Naxçıvan şəhəri Muxtar Dövlətin paytaxtıdır, 2018-ci ildə isə həm də bütövlükdə Azərbaycan gəncliyinin paytaxtı olacaq. Əminəm ki, bu il bütün ölkə gəncləri  Naxçıvanın özləri üçün yenidən kəşf edərək, bu qədim diyarın parçasını qəlblərində qürurla gəzdirəcəklər. 

Anar İbrahimov,

YAP Naxçıvan MR Təşkilatının icra katibi

00261282
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
161
442
603
5377
261282

Tarix: 14-08-2018
Biz, sosial şəbəkələrdə: