"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Azərbaycanın “Gənclər paytaxtı”dır

Elxan Yurdoğlu: “Görülən işlərin müqabilində vətəndaşlıq hissimiz bizdən gəncləşməyi tələb edir”.

Düzünü desəm, “Gündən-günə gözəlləşən Naxçıvan” ifadəsini son zamanlarda “gündən-günə gəncləşən Naxçıvan” kimi təkrarlayırdım öz-özümə.

Mən daxili inamın uğurlu nəticələrə səbəb olan gücünə inana biriyəm. Bu baxımdan tarixiylə öyündüyümüz şəhərimizin daim gəncləşməsi və 2018-ci il Azərbaycanın “Gənclər Paytaxtı” seçilməsi gənc alim kimi məni xeyli sevindirdi. Birinci o mənada ki, muxtar respublikamız bu il, həm də İslam Mədəniyyətinin Paytaxtı vəzifəsini yerinə yetirir. Gənclər Paytaxtı kimi də muxtar respublikamızın hər sahədə vicdanla, məsuliyyətlə fəaliyyət göstərən gənclərinə bu bir stimul olacaq. 2018-ci il boyu keçiriləcək tədbirlərdə gənclərimizin fəallığı bu uğurun heç də təsadüfi olmadığını, əminliklə deyirəm ki, sübut edəcək.

Bu uğur münasibətiylə ilk olaraq muxtar respublika gənclərini təbrik edirəm. Ömür yaş etibariylə gənclikdə uzaqlaşmağa doğru getdikcə, görülən işlərin müqabilində vətəndaşlıq hissimiz bizdən gəncləşməyi tələb edir. Gənc qalmağı və gənclik şövqü ilə yazıb-yaratmağa, araşdırmalar aparmağa həvəsləndirir. Bu işdə yaradıcı gəncliyin üzərində daha çox məsuliyyət düşəcək. İnanıram ki, içi mən qarışıq bütün muxtar respublika gəncləri bu məsuliyyəti tam mənasıyla dərk edərək il boyu öz aktivlikləri, yaradıcı fəaliyyətləri, yenilikləri, uğurları ilə Gənclər Paytaxtımız Naxçıvanın adına daha da ucaldacaqlar.

Elxan YURDOĞLU-MƏMMƏDOV,

şair-publisist

00181382
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
242
328
3239
8077
181382

Tarix: 19-02-2018
Biz, sosial şəbəkələrdə: