"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan Azərbaycanın “Gənclər paytaxtı”dır

Yavər Abbasov: “Gənclərin qədim paytaxtı – Naxçıvan”

Bu gün qədim Naxçıvanımızda gənclik ruhu hiss olunur.

Muxtar diyarımızda əsl bayram abu-havası yaşanır. Buna səbəb qədim Naxçıvan şəhərinin “Gənclər Paytaxtı” seçilməsidir. Bu uğurun arxasında yanlız gənclərimiz deyil, həmçinin bütün yaş quruplarından olan vətənsevər sakinlərimiz dayanır. Hər kəs canla-başla səsvermənin ilk günündən əlindən gələni etdi. Ən əsası isə hər kəs bir olaraq Naxçıvanın ətrafında bir yumruq kimi birləşdi və nəticə hər kəsi sevindirdi. Bu müsabiqə həmçinin Naxçıvan gənclərini muxtar respublikanın ictimai-siyasi həyatında daha çox fəal olmağa çağırdı. Bu qələbə Naxçıvanda yaşayan gənclərin blokadada olmasına baxmayaraq necə fəal və aktiv olduğunu bir daha sübut etdi. Müsabiqə başlandığı andan etibarən ən real namizəd olan Naxçıvan elə səsverəmənin son dəqiqəsinə qədər lider olaraq qaldı. İyirmi üç şəhər arasından “Gənclər Paytaxtı” seçilən Naxçıvanın buna  layiq olduğunu sübut etmək üçün yüzlərlə səbəb saymaq olar.

Bəli artıq Naxçıvan qədimliyin paytaxtı olduğu kimi bu gün müasirliyin də paytaxtıdır. 

00181382
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
242
328
3239
8077
181382

Tarix: 19-02-2018
Biz, sosial şəbəkələrdə: