"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Lira” musiqili-intellektual oyununun III mərhələsi olub

Naxçıvan şəhərindəki “Gənclər Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” devizi altında keçirilən “Lira” musiqili-intellektual oyunun III mərhələsi başa çatıb.

Oyun başlanmazdan əvvəl bildirilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Musiqinin inkişafı və təhsil müəssisələri ilə iş sektorunun müdiri Leyla Əlimərdanova çıxış edərək bildirib ki, “Lira” musiqili-intellektual oyununda muxtar respublikanın 26 uşaq musiqi incəsənət və bədii sənətkarlıq məktəblərinin hamısının iştirak etməsi nəzərdə tutulmuş və bununla bağlı qrafik tərtib edilmişdir. Qrafikə əsasən 2017-2018-ci tədris ili ərzində keçirilən oyunların nəticəsinə əsasən, I yer tutan komandalar 2018-ci ilin ortalarında keçiriləcək final oyununda iştirak edəcəklər. Bu oyunların keçirilməsində məqsəd şagirdlərin biliyinin artırılmasına, onların intellektual səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

Aparıcı qeyd edib ki, bugünkü mərhələdə 6 komanda iştirak edir. Sonra oyunda yarışacaq “Xəmsə” (Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi), “Simayi-Şəms” (Naxçıvan Şəhər S.Rəcəbov adına 3№-li Uşaq Musiqi Məktəbi), “Retro” (Babək Rayon Zeynəddin Kənd Uşaq Musiqi Məktəbi), “Köçəri” (Şərur Rayon Şəhriyar Kənd Uşaq Musiqi Məktəbi),“Qala” (Sədərək Rayon Uşaq Musiqi Məktəbi),  “Segah” (Kəngərli Rayon Çalxanqala Kənd Uşaq Musiqi Məktəbi) komandaları iştirakçılara təqdim edilib.

Oyunun şərtlərinə görə, ilk olaraq komandalar arasında seçim mərhələsinin keçirilməsi haqqında məlumat verilib. Bildirilib ki, bu mərhələ iki turdan ibarətdir və hər turda 3 komanda iştirak edəcək. Hər iki turda iştirakçılara görkəmli bəstəkarların həyat və yaradıcılığı, ümumi musiqi dünyagörüşünə aid olmaqla 20 sual veriləcək və ən çox bal toplayan komandalar oyunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Əsas mərhələ hər biri 5 nəfərdən ibarət olan 4 komanda arasında keçiriləcək və 3 turdan ibarət olacaq. I və III turda görkəmli bəstəkarların həyat və yaradıcılığı, ümumi musiqi dünyagörüşünə dair suallar, II turda isə şagirdlərə musiqi əsərlərini dinləmə yolu ilə təyinetmə formatında suallar veriləcək. Hər sualın düzgün cavabı 100 balla qiymətləndiriləcək. Sonda ən yüksək bal toplamış komandalar I, II, IIIvə IV yerlərə layiq görüləcəklər.

Maraqlı və gərgin keçən musiqili-intellektual oyunda musiqi məktəblərinin şagirdləri bəstəkarlarla bağlı sualları cavablandırmaqda fəallıq göstəriblər. Onlar görkəmli Azərbaycan və dünya bəstəkarları əsərlərini dinləmə yolu ilə təyin ediblər, musiqinin ümumi-nəzəri məsələləri ilə bağlı sualları cavablandırıblar.

Bütün suallar cavablandırıldıqdan sonra ən yüksək bal toplamış komandalar mükafatlandırılıblar. “Simayi-Şəms” (Naxçıvan Şəhər S.Rəcəbov adına 3№-li Uşaq Musiqi Məktəbi) I, “Köçəri” (Şərur Rayon Şəhriyar Kənd Uşaq Musiqi Məktəbi) II, “Qala” (Sədərək Rayon Uşaq Musiqi Məktəbi) III dərəcəli diplomla və“Xəmsə” (Naxçıvan Şəhər Ə.Cavid adınaUşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi) diplomla mükafatlandırılıb.

Qeyd edək ki, “Lira” musiqili-intellektual oyunun dördüncü mərhələsi fevral ayında keçiriləcəkdir.

Birinci yerlərin qalibləri ilin ortasında keçiriləcək final mərhələsində qarşılaşacaqlar.

00261282
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
161
442
603
5377
261282

Tarix: 14-08-2018
Biz, sosial şəbəkələrdə: