"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 2 Fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm naziri Natəvan Qədimova açaraq Naxçıvan şəhərinin 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı seçilməsi münasibətilə bütün gəncləri ürəkdən təbrik etmişdir.

Bildirilib ki, ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Ulu öndər sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamış, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunmasını vacib məsələ elan etmişdir.

Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulmuşdur. 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilmişdir. Ümummilli liderin müvafiq sərəncamı ilə birinci forumun keçirildiyi gün – fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilmişdir. Dahi şəxsiyyət bu sahənin hüquqi bazasının yaradılması, gənclərlə işin daha da təkmilləşdirilməsi məsələlərini də diqqət mərkəzində saxlamış, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərin təhsil alması, sağlam və vətənpərvər böyüməsinə xüsusi diqqət yetirir. Bu gün ölkəmizdə təhsil sahəsində aparılan islahatlar gənclər siyasətinin ən vacib istiqamətlərindən birini təşkil edir. Ölkə Prezidentinin “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Ulu öndərin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir, gənclərin milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir. Fərmana əsasən Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı” təsis olunmuş, kitaba adları yazılmış gənc istedadlar üçün təqaüdlər verilməsi qaydaları təsdiq edilmişdir. Dövlət gənclər siyasətinin tərkib hissəsi kimi Ali Məclis Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılmışdır.

Gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının üzə çıxarılması da daim diqqət mərkəzində saxlanılır. Bu işdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də ötən dövr ərzində müvafiq işlər görülmüş, məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, muxtar respublikanın mədəniyyət, incəsənət və təhsil müəssisələrində çalışan və təhsil alan gəncləri birləşdirən, ictimai əsaslarla fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Gənclər Təşkilatı, mədəniyyət və turizm şöbələrinin nəzdində isə gənclər birlikləri yaradılmışdır. Bu təşkilat və birliklər mədəniyyət, mədəni irs, incəsənət, təhsil, turizm sahələrində yaradıcı və istedadlı gənclərlə əlaqəli tədbirlər, dəyirmi masalar keçirmiş, onların aşkara çıxarılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə müxtəlif mövzularda baxış-müsabiqələr, intellektual oyunlar, solo konsertlər, həmçinin“Naxçıvanı tanıyaq və tanıdaq” başlığı altında gənclərin muzeylərəvə tarixi abidələrə ekskursiyaları təşkil edilmişdir.

Çıxışının sonunda nazir Natəvan Qədimovamuxtar respublikada gənclərin düzgün formalaşması, onlara göstərilən diqqət və qayğıya görə tədbir iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin yaradıcı gənclərlə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda çıxış etmişdir.

Bildirmişdir ki, bu gün Naxçıvan Muxtar Respublikasında gənclər milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edirlər. Ən əsası isə muxtar respublika gəncləri dövlətçilik ənənələrini daim uca tutur, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.

Gənclər Gününə həsr olunmuş tədbirin bədii hissəsində Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının solistlərindən Samir İsmayılov, İlkin Abdullayev, Babək Səmədzadə, Kənan Əkbərov, Təyyar  Mədətli, Əli Mehralıyev, Ələkbər Sadiqov, Həsən Babayev, Əfsanə Babayevanın ifasında Azərbaycan bəstəkarlarının mahnıları və muğam musiqisi səslənib.

00181382
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
242
328
3239
8077
181382

Tarix: 19-02-2018
Biz, sosial şəbəkələrdə: