"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Ustad dərsləri davam etdirilir

Fevralın 6-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində uşaq incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm ixtisası üzrə müəllim və şagirdləri üçün ustad dərs keçirilmişdir.

Ustad dərsdən əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Musiqinin inkişafı və təhsil müəssisələri ilə iş sektorunun müdiri Leyla Əlimərdanova çıxış edərək bildirib ki, 2009-cu il oktyabrın 14-də Bakıda keçirilən İslam Ölkələrinin Mədəniyyət Nazirlərinin VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Bu münasibətlə nazirlik və mədəniyyət müəssisələri tərəfindən bir sıra tədbirlər keçiriləcəkdir. Bu günkü ustad dərs də “Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018” devizi altında keçirilir.

Sonra Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Hökümə Məmmədli və Şərur Şəhər Bəhruz Kəngərli adına İncəsənət Məktəbinin müəllimi Əli Məmiyev ustad dərs keçmişlər.

Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Hökümə Məmmədli ustad dərsdə bildirmişdir ki, müstəqil  dövlətimizdə uşaqları sağlam və hərtərəfli böyütmək üçün gözəl şərait yaradılmışdır. Məktəblərdə fəaliyyət göstərən rəsm dərnəkləri də uşaqlarda gizli qalmış bacarıq və qabiliyyəti, istedadı aşkar etmək baxımından əhəmiyyətlidir. Ustad dərsin keçirilməsinin əsas məqsədi uşaqlarda ölkəmizin zəngin mədəniyyətinə, islam-türk memarlıq və tarixi abidələrinə, mənəvi sərvətlərinə, sənət əsərlərinə, həyatda gözəl yaradılan hər nə varsa onlara maraq, məhəbbət və iftixar hissi oyatmaqdır.

Milli mədəniyyətimiz və incəsənətimizlə yanaşı, uşaqları ümumbəşəri mədəniyyəti, dünya xalqlarının yaratdığı bədii sənət əsərlərini, təsviri incəsənət nümunələrini öyrənməyə, qavramağa, mənimsəməyə  hazırlamaq əsas məsələlərdəndir. Uşaqlara rəngkarlıq, qrafika və heykəltəraşlıq sənətinin janrlarını, işləmə texnikasını, alətlərdən və materiallardan necə istifadə etməyi öyrətmək də vacib işlərdən biridir. Qeyd edilib ki, bugünkü dərsin əsas məqsədi uşaqları bu sənətə düzgün istiqamətləndirmək, təsviri incəsənətin əsasını təşkil edən rəssamın fikrinin, hislərinin, təsəvvürlərinin və ətraf aləmə münasibətinin obrazlı ifadəsi haqqında onları məlumatlandırmaqdır.

Sonra Şərur Şəhər Bəhruz Kəngərli adına İncəsənət Məktəbinin müəllimi Əli Məmiyev bildirib ki, rəsmin tədrisi şagirdlərdə kağız müstəvi üzərində əşyaların real təsviri prinsipini, metodlarini öyrənməklə yanaşı, müstəqil yaradıcılıq işində və estetik zövqün formalaşmasında geniş imkanlara malikdir.

Təcrübə göstərir ki, şagirdlər təkcə nəzəri biliklərə yiyələnməkləkifayətlənməməli və onu rəsm zamanı asanlıqla tətbiq edə bilməlidir. İlk olaraq rəsm dərsləri natürmortdan başlamalı, sonra daha mürəkkəb təsvirlərə keçilməlidir. Şagirdin istedadını, bilik və qabiliyyətini üzə çıxarmaq üçün natürmort aydın olmalı, maraqlı və məqsədli qurulmalıdır. Müəllim dərsə başlamazdan əvvəl natürmortun məzmununu, quruluşunu, xarakterini, onun qeyri-adiliyini və işin davam etdirilməsi üsulu haqqında məlumat verməlidir. Şagirdlərə rəsmdə olan səhvləri aşkar etməyi və onları aradan qaldırmaq yolları da öyrədilməlidir.

Ustad dərsin sonunda müəllimləri və rəsm dərnəyinin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.

00277816
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
269
460
729
8904
277816

Tarix: 18-09-2018
Biz, sosial şəbəkələrdə: